Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:16

Əli Həsənov Əliyevlərin xidmətindən danışdı


İlham Əliyev atasının heykəli önündə

İlham Əliyev atasının heykəli önündə

“1991-ci ildə Azərbaycan SSRİ-nin kommunist ideologiyasından imtina etsə də, xalqı səfərbərliyə alan, onun milli identikliyini, mənəvi dəyərlərini qoruyub saxlayacaq yeni idarəçilik sistemi ortaya qoyulmadı”.

Prezidentin köməkçisi Əli Həsənov APA-ya müsahibəsində belə deyib.

Onun sözlərinə görə, həmin vaxt keçmişin qalıqları adı altında elmi, intellektual, mənəvi, ictimai dəyərlərdən kütləvi imtina meyli Azərbaycanda ciddi bir ideoloji boşluq yaradıb.

Buna da bax:​ Əli Həsənov:"Referendum həm də Azərbaycanı gözləyən vəzifələrlə bağlıdır"

“Əlbəttə, cəmiyyətin ideyasızlaşdırılması meyli bir tərəfdən keçmiş kommunist rejiminə nifrətdən qaynaqlanırdısa, digər tərəfdən, 1991-ci ildən 1993-cü ilin ortalarına qədər Azərbaycanı idarə edənlərin aydın məqsəd və məramının yoxluğundan irəli gəlirdi”, deyən Ə.Həsənov Heydər Əliyevin Azərbaycana qayıdışından etibarən ölkənin inkişaf yoluna qədəm qoyduğunu ifadə edib.

“Heydər Əliyevin təməlini qoyduğu, formalaşdırdığı uzaqgörən daxili və xarici siyasət sonrakı dövrdə Azərbaycanın milli inkişaf prioritetlərinin əsasını təşkil etdi. Dünya birliyi ilə əlaqələrinin prinsipial xəttini müəyyənləşdirdi. Xüsusən, Azərbaycanın malik olduğu enerji resurslarının və digər geosiyasi əhəmiyyətli üstünlüklərinin istifadəsində Heydər Əliyevin yürütdüyü prinsipial kurs, ölkəmizin güclü milli, regional faktora çevrilməsini şərtləndirdi”, Ə.Həsənov deyib.

Buna da bax:​ Azərbaycan rəsmiləri - kimlər kimlərlə qohum olub?

Prezidentin köməkçisi əlavə edib ki, 2003-2016-cü illərdə Azərbaycan İlham Əliyevin rəhbərliyi altında oturuşmuş liberal iqtisadiyyata, böyük maliyyə resurslarına, güclü orduya malik, özünü tam təmin edən, heç kimdən asılı olmayan nüfuzlu bir ölkəyə çevrilib.

Onun qənaətincə, 2003-2016-cı illərdə ölkə sosial-iqtisadi, mənəvi-mədəni və digər sahələrdə böyük nailiyyətlər əldə edib. Regionun lider dövləti olaraq dünya birliyində böyük hörmət və nüfuz qazanıb.

“Məhz prezident İlham Əliyevin hakimiyyəti dövründə respublikamız öz inkişafının keçid dövrünü başa vurub. İctimai-siyasi həyatın demokratikləşməsi, vətəndaş cəmiyyəti quruculuğu, siyasi plüralizmin getdikcə dərinləşməsi, iqtisadi həyatın liberallaşması, sahibkarlıq institutlarının yaradılması və s. sahələrdə böyük nailiyyətlər əldə edib”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG