Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:40

-

Aprelin 23-də günorta saatlarında Talış xətti üzərindən Azərbaycandan atılan atəş nəticəsində hərbçi Ayk Minasyan ağır yaralanıb. Bunu tanınmayan Dağlıq Qarabağ müdafə ordusunun mətbuat xidməti yayıb.

Mətbuat xidmətinin məlumatında deyilir ki, həmin gün şimal -şərq (Mardaket), şərqdən (Əskəran), şimaldan (Talış) Azərbaycan silahlı qüvvələri qarşı tərəfin mövqelərinə müxtəlif çaplı silahlardan intensiv atəş açıblar.

Məlumatda deyilir ki, qarşı tərəfə cavab atəşi açılıb və stiuasiyanın sabilləşməsi üçün tədbirlər görülürb:

“Hazırda təmas xəttində sakitlikdir”,- məlumatda qeyd olunur.

Tərəflər bir-birlərini ilk olaraq atəşkəsi pozmaqda ittiham edirlər. Azərbaycan Müdafiə Nazirliyi qarşı tərəfin 108, Ermənistan Müdafiə Nazirliyi isə Azərbaycanın 18 dəfə atəşkəsi pozduğunu bildirir.

Aprelin 5-də tərəflər Moskavda atəşkəsin bərpası ilə bağlı razılığa gəlmişdilər.

Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycanı gərginlik yaratmaqda ittiham edib. Bildirib ki, Qarabağda erməni əhalisinin azalmasına və ya zorakı köçürülməsinə imkan verilməyəcək:

“Biz ermənilərin yeni soyqırımına imkan verməyəcəyik”, o deyib.

Sarkisian bu sözləri aprelin 24-də Ermənistanda Türkiyənin birmənalı qarşılamadığı “Genosid günü”də deyib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatında isə deyilir ki, aprelin 23-də Ermənistan ordusunun bölmələri Ağdərə istiqamətinə əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirib.

Cəbhədə vəziyyətin sakitləşdiyi bildirilir.

XS
SM
MD
LG