Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:03

Neft qiymətlərinin düşməsinə baxmayaraq Azərbaycanın hərbi xərcləri 2014-cü illə müqayisədə 2015-ci ildə 8 faiz artıb

Stokholmda mənzillənmiş Beynəlxalq Sülh Tədqiqatları İnstititu (The Stockholm International Peace Research Institute (SIPRI) özünün illik Dünya Hərbi Xərclərində Meyllər 2015 (Trends in World Military Expenditure in 2015) adlı hesabatını açıqlayıb.

Hesabatda bildirilir ki, 2015-ci ildə bütün planet üzrə hərbi xərclər 1, 7 trilyon dollar olub.

Bu isə o deməkdir ki, dünyanın hərbi xərcləri 2015-ci ildə 1 faiz artıb.

Maraqlıdır ki, bu, 2011-ci ildən bəri hərbi xərclərdə qeydə alınan ilk artımdır.

Hərbi xərclərin artımı əsas etibarilə Asiya və Okeaniya, Mərkəzi və Şərqi Avropa və bir sıra Yaxın Şərq ölkələrinin hesabına baş verib.

Eyni zamandaAfrika, Latın Amerikası və Karib hövzəsi ölkələrinin hərbi xərcləri azalıb.

Hərbu büdcə liderləri

Birləşmiş Ştatlar hərbiyə ən çox pul xərcləyən ölkə kimi qalmaqda davam edir. Hərçənd ABŞ-ın hərbi xərcləri 2015-ci ildə 2, 4 faiz azalaraq 596 milyard dollar təşkil edib.

Hərbi xərclərdə lider olan digər ölkə - Çində hərbi xərclər 7, 4 faiz artaraq 215 milyard dollara, Səudiyyə Ərəbistanında isə 5, 7 faiz artaraq 87, 2 milyard dollara çatıb.

Rusiyanın hərbi xərclərində 7, 5 faiz artım baş verib və bu rəqəm 66, 4 milyard dollar olub.

2015-ci ildə bütün planet üzrə hərbi xərclər 1, 7 trilyon dollar olub.

Son illərdə maliyyə və iqtisadi böhranlar nəticəsində Qərb ölkələrində hərbi xərclər azalmaqda idi, lakin yeni rəqəmlərdən belə görünür ki, bu tənəzzül yaranmış yeni siyasi reallıqlarla bağlı sona çatmaqdadır.

Ümumilikdə, Qərbi və Mərkəzi Avropada hərbi xərclər 0, 2 faiz azalsa da, ayrıca Mərkəzi Avropada bu xərclər 13 faiz artıb.

Ekspertlər bu artımı Rusiyanın son illərdəki aqressivliyinin yüksəlişi ilə izah edirlər.

Ən böyük hərbi xərc artımları Rusiyanın özündə, habelə onunla ziddiyyətdə olan Ukrayna, Estoniya, Litva,Latviya, Polşa, Rumıniya və Slovakiyada qeydə alınıb.

Neft qiymətləri və silahlar

Neft qiymətlərinin düşməsi bu xammaldan asılı olan ölkələri hərbi xərclərini qısmağa məcbur edib.

Ən dramatik hərbi xərc ixtisarı Venesuelada (-64 faiz) və Anqolada (-42 faiz) qeydə alınıb.

Bəhreyn, Bruney, Çad, Ekvador, Qazaxıstan, Oman və Cənubi Sudan da hərbi xərclərini azaltmağa məcbur olublar.

Lakin neft qiymətlərinin düşməsi bir sıra ölkələrdə hərbi xərclərin azalması yox, əksinə artması ilə müşayiət olunub.

Son günlər Qarabağ münaqişəsi yenidən alovlanıb

Son günlər Qarabağ münaqişəsi yenidən alovlanıb

Bunlar Azərbaycan, Əlcəzair, Rusiya, Səudiyyə və Vyetnamdır. Əslində Səudiyyə 2015-ci ildə hərbi xərclərini azaltmağı planlaşdırırdı, lakin Yəmənə hərbi müdaxilə bu planları pozub.

Hərbi-siyasi reallıqlarla bağlı Azərbaycan da hərbi xərclərini artırmağa məcbur olub.

SIPRI-nin məlumatına görə 2015-ci ildə Azərbaycan hərbi məqsədlərə 3 milyard dollar xərcləyib. Bu 2006-cı illə müqayisədə 165 faiz artımdır.

Neft qiymətlərinin düşməsinə baxmayaraq Azərbaycanın hərbi xərcləri 2014-cü illə müqayisədə 2015-ci ildə 8 faiz artıb.

Buna baxmayaraq, Azərbaycanın 2016-cı il üçün büdcəsində hərbi xərclərdə kiçik ixtisara meyllər də qeydə alınıb.

Hesabatda deyilir ki, Azərbaycanın hərbi xərclərini yüksək saxlaması Ermənistanla münaqişə vəziyyətində olması ilə bağlıdır.

Ermənistanın özü ciddi iqtisadi problemlərinə baxmayaraq hərbi xərclərini 2015-ci ildə 7, 7 faiz artırıb.

2015-ci ildə bu xərclər 447 milyon dollar təşkil edib. 2006-cı ildən Ermənistanın hərbi xərcləri 71 faiz artıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG