Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:32

Hərbi hissələrdə “Açıq qapı”dır


-

Oktyabrın 25-i Azərbaycanın bütün hərbi hissələrində “Açıq qapı” günüdür.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, tədbir müdafiə naziri, general-polkovnik Zakir Həsənovun göstərişi ilə baş tutub.

“Açıq qapı” günündə bütün hərbi hissələrin qapıları əsgər valideynləri və yaxınlarının üzünə açıq olur, onlara hərbi hissələrdə şəxsi heyətin yaşayış və məişəti üçün yaradılan şərait, eləcə də xidməti və inzibati binalar, əsgər yataqxanaları və yeməkxanaları ilə yaxından tanış olmaq imkanı verilir.
Bundan əlavə, valideynlər hərbi hissələrin komandanlığı ilə görüşərək onları maraqlandıran suallara cavab ala biləcəklər.

XS
SM
MD
LG