Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:20

Hərbi hava qüvvələrinə aid yenitikililərin açılışı olub


Hərbçilərin yeni yaşayış kompleksi

Hərbçilərin yeni yaşayış kompleksi

Noyabrın 20-də Hərbi Hava Qüvvələrinin (HHQ) cəbhəboyu zonada yerləşən üç hərbi hissəsinin ərazisində yeni istifadəyə verilmiş yaşayış komplekslərinin

açılışı olub. Açılış mərasimində müdafiə naziri Zakir Həsənov iştirak edib.

Müdafiə Nazirliyinin məlumatına görə, yaşayış kompleksində qərargahlar, əsgər yataqxanaları, yeməkxanalar, qazanxanalar, tibb məntəqələri, digər xidməti və inzibati otaqlar var.

Nazirlik vurğulayır ki, yaradılan şərait şəxsi heyətin gündəlik xidmətinin təşkilinə effektiv təsir göstərəcək, habelə ölkənin hava məkanının daha etibarlı qorunması məqsədilə döyüş hazırlığı və döyüş növbətçiliyinin yüksək səviyyədə təşkili və aparılmasını təmin edəcək.

Yaşayış komplekslərinin inşası prezident İlham Əliyevin tapşırığına əsasən HHQ döyüş hazırlığının yüksəldilməsi, hava məkanının müdafiəsinin gücləndirilməsi və şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində tədbirlər çərçivəsində həyata keçirilib.

Bu il aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlar zamanı Hərbi Hava Qüvvələri də ciddi itki vermişdi.

Bu döyüşlərdən dərhal sonra ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünü təşkil edib. Bu il mayın 16-da Vyanada keçirilən görüşdən sonra cəbhədə böyük hərbi əməliyyatlar dayanıb. Ancaq yenə tərəflər bir-birini atəşkəs pozuntusunda ittiham edir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG