Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:18

Həmidə xanım Cavanşirin xatirələri ingiliscə çap edildi


Həsən Cavadi
Həsən Cavadi

Böyük Azərbaycan yazıçısı, “Molla Nəsrəddin” jurnalının redaktoru Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə Cavanşirin xatirələri ingiliscə çap edildi.

Əsəri “Oyanış” adı ilə ingilis dilinə əslən İran Azərbaycanından olan alim, ABŞ-da yaşayan Dr. Həsən Cavadi tərcümə edib.

Kitab ingilisdilli oxuculara müsəlman qadının həm öz həyatı, həm də “1907-31-ci illərdə Qafqaz və İranın ən populyar satirik jurnalı” - “Molla Nəsrəddin”in redaktoru olmuş həyat yoldaşı haqda nadir xatirələri kimi təqdim edilir.

Kitabı çap edən ABŞ-ın “Mage publishers” nəşriyyatı qeyd edir ki, Həmidə xanım Cavanşir qadınların ictimai həyatda iştirakdan məhrum olduğu ənənəvi Azərbaycan cəmiyyətində dünyaya gəlmişdi. 1907-ci ildə o, Cəlil Məmmədquluzadə ilə ailə qurmuşdu. Mirzə Cəlilin yaratdığı “Molla Nəsrəddin” cəhalətə qarşı mübarizə aparırdı və nəinki Qafqazda, həm də İran və Yaxın Şərq ölkələrində çox populyar idi.

Ortaq dünyagörüşü və mənəvi dəyərləri paylaşan Mirzə Cəlil və Həmidə xanım cəmiyyəti maarifləndirmək üçün çalışırdılar. Həmidə xanım öz kəndində kasıbların yaşayışının yaxşılaşdırılmasına çalışmaqla yanaşı həm də qız məkətəbi açmışdı.

Bir müddət əvvəl AzadlıqRadiosuna tərcümə barədə müsahibə verən Dr.Həsən Cavadi demişdi ki, “Həmidə xanım çox heyrətamiz qadındır, şəxsiyyəti, xarakteri ilə məni valeh edib.”

Müsahibəni tam olaraq burda oxu:

Həsən Cavadi:"Mirzə Cəlili öldürə bilərdilər, Həmidə xanım cangüdən tutur ki, ərini mühafizə eləsin"

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG