Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:20

►“Mİ-8 MTV1” helikopterini almaq uçun hərraca qatılmaq istəyənlərin 2 günü qalıb

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) 3 ədəd Mİ-8 MTV1 helikopterini hərraca çıxarıb.

Hərracda qatılmaq üçün sənəd qəbulu bu həftənin çərşənbə günü – mayın 18-də bitir.

İki il öncə alan tapılmamışdı...

Helikopterlər satışa ilk dəfə çıxarılmır. Komitə 2014-cü ilin payızında da müştəri axtarışına çıxmışdı. Amma, görünür, istismar müddətini başa vurmuş bu hava gəmilərinə o zaman maraq göstərən olmayıb.

Hərracların Təşkili üzrə Auksion Mərkəzi direktorunun müavini Salavat İbrahimov IMDK-nın «Mülkiyyət» qəzetinə xeyli vətəndaşdan müraciət daxil olduğunu bildirib.

Onun fikrincə, texniki bərpa işlərindən sonra 1991-ci və 1993-cü il istehsalı olan bu helikopterlərin istismarına icazə veriləcək.

Helikopterlərə 130 min manatdan 134 min manatadək, yəni bir «bərkgedən» minik avtomobilinin qiyməti qoyulub. Hərracda alıcı çox olarsa, qiymət yüksələ bilər.

Mayın 24-də baş tutacaq hərraca elektron sifarişlə də qatılmaq olar. Amma hərrac keçirilən gün Auksion Məhkəzində olmaq şərtdir. Salavat İbrahimovun sözlərinə görə, gələcəkdə hərraclar tam elektron qaydada keçiriləcək.

____________________________________________________________

Bunlara da bax:
Gənc fəaldan işgəncə məktubu: "Zorlama ilə hədələdilər"- [Foto]
Əgər Ermənistan Azərbaycanın neft infrastrukturunu vursa...

____________________________________________________________

«Özəl «Silk Way Helicopter Services» şirkətinin balansında olub»

«Azərbaycan Hava Yolları» QSC-də AzadlıqRadiosuna deyiblər ki, sözügedən helikopterlərin onlara heç bir aidiyyatı yoxdur. Ümumiyyətlə, indi AZAL-ın sərəncamında bu tip hava nəqliyyatının olmadığı bildirilir:

«Vertolyotlar (helikopterlər – red.) özəl «Silk Way Helicopter Services» şirkətinin balansında olub və satışa da çox güman ki, onlar təqdim ediblər».

Helikopterlərin 4 ton yük tutumu var, onunla bir gəzintinin adamlarını – 22 nəfəri daşımaq olar.

Azərbaycanda şəxsi helikopterin olması yenilik deyil. Ölkənin bir neçə regionunda xüsusi helikopter meydançası var. Məsələn, yerli sakinlər İsmayıllı rayonunun Bədo kəndi yaxınlığında ölkənin üzdə olan şəxslərindən birinə məxsus helikopter meydançası olduğunu söyləyirlər.

Buna da bax: Cəbrayıl - Erməni tərəfinin yaydığı görüntülər

DINLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (16 may)

Rasim Musabəyov: “Azərbaycan heç bir halda buna razılaşmayacaq”
“Azərsu” suyun qiymətinin qaldırılmasını nəylə əsaslandırır?

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (16 may)​

Qarabağa görə Azərbaycandan nə tələb olunur?

Günün bütün mövzuları

XS
SM
MD
LG