Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:46

Azərbaycandan Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedəcək olan zəvvarlar sentyabrın 2-dən etibarən yola düşəcək.

Bunu Qafqaz Müsəlmanları Ruhani İdarəsindən bildiriblər.

Zəvvarlar təyyarə ilə hər gün iki reys olmaqla yola salınacaqlar. Bu, hər gün ümumilikdə 350 zəvvarın Həcc ziyarətinə getməsi deməkdir.

Verilən xəbərə görə, ilk zəvvar dəstəsi sentyabrın 2-də saat 08:00-da, ikincisi isə axşam 18:30-da göndəriləcək.

Qalan zəvvar dəstələri isə sentyabrın 3-ü və 4-də eyni saatlarda Səudiyyə Ərəbistanına uçacaqlar.

Xəbərə görə, bu il Azərbaycandan Həcc ziyarətinə 1050 nəfər zəvvar gedəcək. Halbuki, ötən il Azərbaycandan həcc ziyarətinə 1500 nəfərlik kvotaya rəğmən, 2400 zəvvar getmişdi.

Builki ziyarətlərin qiyməti 3500 və 4500 dollar təşkil edir.

Qiymətlər dollarla götürdükdə, ötən illə müqayisədə ucuzlaşıb. Manatla hesabladıqda isə, bu il ziyarət xərcləri azı 1000 manat bahalaşıb.
Həcc ziyarətləri hər il Qurban bayramında gerçəkləşir.

Bu il sentyabrın 12-si və 13-ü Qurban bayramı qeyd ediləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG