Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:42

►“Həcc ziyarəti bu gün müsəlmanların çoxunun ödəyə biləcəyindən daha artıq pula başa gəlir"

Hər il 2 milyonadək insan Həccə gedir. 700-dən artıq insanın həlak olduğu insidentin əsas səbəbinin həddən artıq basırıq olduğu göstərilir. Ayın əvvəlində Məkkədə kranın aşması ilə 100-dən çox insan həlak olub.

Dinşünas alim Ian Reader “The Guardian” qəzetinə deyir ki, qədimdə müsəlmanlar islamın beş vacib şərtindən olan Həcc ziyarətini yerinə yetirəndə Ərəbistan çöllərində xəstəliklərdən, quldur basqınlarından və yorğunluqdan ölürdü.

İndi isə ayinləri icra edərkən başqa tip ölüm təhlükəsi ilə rastlaşırlar.

Buna da bax: Avropa Oyunları öncəsi üzlənən binanın içi

Həccə gedənlərin sayı 1973-cü ildən sonra artıb

Qəzet yazır ki, Həccə gedənlərin sayı ərəb-İsrail müharibəsindən və 1973-cü ildəki neftin qiymətinin artmasından sonra birdən-birə çoxalıb. 1920-ci illərdə rəsmi rəqəmlərə görə, 58 584 şəxs hacı olub. 2012-ci ildə bu rəqəm 1 milyon 700 minə çatıb.

“Rəqəmin artmasına ən çox təsir edən faktor hava nəqliyyatının ucuzlaşmasıydı. Bu gün Həccə gedənlər terror hücumları, tunellərdən keçəndə, ya da şeytanı daşlama mərasimində izdiham və ayaq altda qalmaqdan başqa yolxucu xəstəliklərə görə də ölüm təhlükəsi yaşayır”.

Buna da bax: Rus televiziyası erməni tarixçilərini lağa qoydu (video)

Fövqəladə vəziyyət tədbirləri kifayət etmir

Qəzet yazır:

“Bəzi adamlar Məkkədəki səlahiyyətli şəxsləri müdafiə edir. Şəhəri çox yaxşı tanıyan bir vəkil deyir ki, fövqəladə vəziyyət tədbirləri yetərsizdir. Ancaq hakimiyyət nümayəndələri əllərindən gələni edirlər. Ancaq kifayət qədər peşəkar deyillər”.

Liberal jurnalist Halid al Meaana yazır ki, nazirlər və onun işçiləri yeni bir idarəçilik mədəniyyəti yaratmalıdır. Müştərilərə keyfiyyətli xidmət göstərməlidirlər.

Səudiyyə Ərəbistanında olmayanların fikirləri isə daha sərtdir. Kanadalı müsəlman ekspert Zafar Bangas deyir ki, Həccin təbii təhlükələri ilə yanaşı insan əliylə yaradılan təhlükələr də var:

“Həcc ziyarəti bu gün müsəlmanların çoxunun ödəyə biləcəyindən daha artıq pula başa gəlir. Niyə? Ona görə ki, acgöz Səudiyyə krallığı bank hesablarını yaxşı şişirtsin”.

Buna da bax: Müəllimə şagirdin evindən oğurluq etməkdə suçlanır

“Oxşar hadisələr təkrarlanmır”

“Bir neçə həftə əvvəl Məkkəyə gedən, İngiltərə vətəndaşı olan bir müsəlman deyir ki, şəhər böyük tikinti meydanına oxşayır.

“Heç ruha bağlı atmosfer yox idi, bir yerə gedib çatmaq çox çətin idi. Dostlarıma getməmələrini tövsiyə elədim”.

İngiltərənin Səudiyyə Ərəbistanındakı keçmiş səfiri William Patey isə problemi hacıların sayının çox olmasında görür:

“Düzdür, Səudiyyə Ərəbistanı təşkilatçılıq baxımından dünyada ilk yeri tutmur. Ancaq buna çalışırlar. ​“Hadisədir, oldu” deyib üstündən keçmirlər. Problemi həll etməyə çalışılar. Oxşar hadisələr təkrarlanmır. Ancaq Həccdə dünyada bənzəri olmayan böyük maddi-texniki təchizat problemi var”.

Günün bütün mövzuları

XS
SM
MD
LG