Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:24

Xədicə İsmayıldan təzə xəbər var


Xədicə İsmayıl
Xədicə İsmayıl

►Oktyabrın 22-də vəkilləri Yalçin İmanov və Fariz Namazlı həbsdəki jurnalist Xədicə İsmayılla görüşüblər.

Fariz Namazlı AzadlıqRadiosuna deyib ki, Xədicə İsmayıl yaxşıdır, saxlanma şəraitindən heç bir şikayəti yoxdur:

“Oktyabrın 29-da Bakı Apellyasiya Məhkəməsindəki proseslə bağlı məsləhətləşdik. Çox güman ki, elə həmin gün də proses yekunlaşacaq”.

Senytabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsi Xədicə İsmayılı 7 il yarım azadlıqdan məhrum edib.

Məhkəmə onu Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilib.

Buna da bax: "Onlara şərt qoyurlar ki, məndən imtina etsinlər"

Bakı Apellyasiya Məhkəməsi Xədicə İsmayılın bu hökmdən şikayətinə baxır.

Növbəti proses oktyabrın 29-a təyin olunub. Apellyasiya Məhkəməsinin elə həmin gün qərarını açıqlayacağı gözlənir.

Xədicə İsmayıl 2014-cü ilin dekabrında həbs olunub. Jurnalist ona qarşı ittihamları rədd edir və həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu deyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG