Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:23

Həbsdə olan yazıçı-şair Saday Şəkərli hazırda 6 saylı cəzaçəkmə müəssisəsindədir.

Şairin vəkili Fəxrəddin Mehtiyev Turan-a onun səhhətinin normallaşdığını deyib.

Vəkilin deməsinə görə, şəkər xəstəliyindən əziyyət çəkən şairin səhhəti saxlanıldığı cəzaçəkmə müəssisəsində pisləşdiyindən bir həftə əvvəl Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülüb. Orda o, həkim nəzarətində saxlanıb.

“Səhhəti sabitləşdiyindən o, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə müəssisəsindən cəzaçəkmə müəssisəsinə qaytarılıb. Amma hazırda cəzaçəkmə müəssisəsində həkim nəzarətində saxlanır”, vəkil bildirib.

Vəkil həmçinin, Bakı Apellyasiya Məhkəməsinin Saday Şəkərli barəsində qərarından verilən kassasiya şikayətinin icraata götürüldüyünü bildirib.

Kassasiya şikayətində S.Şəkərliyə bəraət verilməsi və azadlığa buraxılması istənir. Şikayət Ali Məhkəmənin hakim Əli Seyfəliyevin icratına verilib.

Saday Şəkərli 2015-ci il dekabrın 23-də həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsində mayın 16-da çıxarılan hökm ilə 10 il azadlıqdan məhrum edilib.

Bakı Apelyasiya Məhkəməsi isə həmin hökmü dəyişdirərək onun cəzasını 5 ilə endirib. Müdafiə tərəfi isə qərarla razılaşmayaraq kasasiya şikayəti verib.

Şair ittihamı rədd edir və həbsini tənqidi məzmunda olan “Qurd ürəyi” adlı kitabının çapı ilə əlaqələndirir. Həmin kitabda o, nəşrə maliyyə dəstəyinə görə vergilər naziri Fazil Məmmədova minnətdarlıq edib.

Saday Şəkərlinin həbsindən dərhal sonra onun evində axtarış aparılıb və kitabın 50 nüsxəsindən 49-u götürülüb. Yalnız bir nüsxəni gizlədib saxlamaq mümkün olub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG