Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:29

Həbib Müntəzir yaxınlarına təzyiq olduğunu deyir


Həbib Müntəzir
Həbib Müntəzir

-

Xaricdən yayımlanan Meydan TV-nin əməkdaşı Həbib Müntəzir yaxınlarına qarşı təzyiqlərə başlandığını bildirib.

O, özünün facebook səhifəisində bu haqda yazır.

“Srağagün doğulub-böyüdüyüm evə gedib, bibimi, əmilərimi dindiriblər. Bu gün (10 iyun) də dayılarımı aparıblar.Mənimlə dost olanlardan bir neçəsini sorğulayıblar. Mənə görə, qohumlarıma təzyiq etməyə, məni dostlarımla qorxutmağa çalışırlar ”- deyə H.Müntəzir qeyd edib.

H. Müntəzir bəyan edib ki, heç bir qohumu ilə əlaqəsi yoxdur.

“Onların hamısından imtina etmişəm. İstəyirsiniz imtina məktubu yazdırın, xeyri yoxdur ” - yazan Meydan TV-nin əməkdaşı basqıların onu mövqeyindən çəkindirə bilməyəcəyini vurğulayıb.

“Mən illərdir doğru bildiyimdən, haqsızlığa, ədalətsizliyə qarşı olan bu mübarizəmdən vaz keçən deyiləm. Qəhrəman-filan da deyiləm, olmaq məqsədim də yoxdur. Etdiyim hər bir hərəkət vətəndaş mövqeyimdir. Diqtəylə, əmrlə işləmirəm, buyruq qulu da deyiləm”, H.Müntəzir yaxınlarına təzyiq edənləri bundan çəkinməyə çağırıb.

Xaricdən yayımlanan Meydan TV 2013-cü ildə fəaliyyətə başlayıb. İnternet tv-nin Bakı ofisi 2014-cü ildə qapadılıb.

Meydan TV-nin işçilərinə cinayət işi açılıb. Cinayət işi 2015-ci il avqustunda Mingəçevir polis şöbəsində şəhər sakini Bəhruz Hacıyevin şübhəli ölümü ictimailəşdirildikdən sonra qaldırılıb.

Meydan TV-nin rəhbəri Emin Milli və əməkdaşı Günel Mövludun da qohumları həbs edilmişdilər. Hər iki şəxs hakimiyyətin onlara təzyiq kimi qohumlarını haqsız yerə incitdiklərini bildirirdilər. Sonradan onların hər ikisini qohumları azadlığa buraxıldı.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (10 iyun)

Gələn həftəsonu keçiriləcək Formula 1 yarışlarına görə 5 günlük otel qiyməti 2500 manatdan başlanır.
Günün əsas hadisələri Azadlıq Radiosunda (10 iyun)
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (10 iyun)

"Büdcədən 5 milyarda qədər vəsait yayınıb"

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG