Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:57

Rouhani Bakıda din xadimləri ilə görüşdü


Hassan Rouhani
Hassan Rouhani

Avqustun 7-də Azərbaycanda rəsmi səfərdə olan İran prezidenti Hassan Rouhani Azərbaycanın din xadimləri və ictimaiyyət nümayəndələri ilə görüşüb.

APA-nın xəbərinə görə, görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, başqa din xadimləri və Milli Məclisin deputatları iştirak ediblər.

Xəbərdə qeyd edilir ki, görüşdə Azərbaycan və İran arasında dostluq münasibətlərindən söhbət açılıb. Bu cür səfərlərin hər iki xalqın daha da yaxınlaşması baxımından əhəmiyyət daşıdığı vurğulanıb. İki ölkə arasında tarixi, dini və mənəvi əlaqələrin qorunub saxlanılmasının əhəmiyyətindən bəhs edilib.

İran prezidenti Hassan Rouhani avqustun 7-də Azərbaycana gəlib. Onun prezident İlham Əliyevlə təkbətək görüşü və daha sonra iki ölkənin nümayəndələrinin geniş tərkibli toplantısı olub.

Buna da bax - 'Yaxın vaxtlarda dərman zavodunun bünövrəsi də qoyulacaq'

Avqustun 7-də Azərbaycanla İran arasında 6 sənəd imzalanıb.

Bura «Şimal-Cənub» Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşdırılması, bitki mühafizəsi, elektron təhlükəsizlik, turizm və başqa sahələrdə əməkdaşlıq məsələləri daxildir.

Rusiya prezidenti Vladimir Putin-in də Azərbaycana gəlişi gözlənilir.

Bu gün, avqustun 8-də tarixdə ilk üçtərəfli Rusiya, İran, Azərbaycan liderlərinin görüşü olmalıdır. Görüş zamanı iqtisadiyyat, təhlükəsizlik, terrorizmlə mübarizə, Xəzər dənizinin statusu və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərinin müzakirə ediləcəyi bildirilir.

Bundan başqa, prezidentlərin ayrı-ayrılıqda bir-birləri ilə də görüşü gözlənilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG