Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:18

“Bomba” macar dilində


Əbdürrəhim bəy Haqverdiyevin macar dilində hekayələr kitabının üz qabığından görüntü.
Əbdürrəhim bəy Haqverdiyevin macar dilində hekayələr kitabının üz qabığından görüntü.

Ə. B. Haqverdiyevin məşhur “Bomba” hekayəsinin də olduğu kitabı macar dilinə tanınmış azərbaycanşünas alim Mariya Keneşi çevirib.

Görkəmli yazıçı və ictimai xadim, diplomat Əbdürrəhim bəy Haqverdiyevin (1870-1930) "Seçilmiş hekayələr" kitabı macar dilində nəşr edilib.

Azərbaycanın Macarıstandakı Səfirliyindən AzadlıqRadiosuna verilən xəbərə görə, kitab səfirliyin təşəbbüsü ilə işıq üzü görüb.

Kitabın tərtibçisi AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya doktoru, professor Asif Rüstəmlidir.

Yazıçının "Şeyx Şaban", "Bomba", "Mirzə Səfər", "Uca dağ başında" və başqa populyar hekayələrinin yer aldığı kitabı orijinaldan macar dilinə tanınmış azərbaycanşünas alim, Budapeştdəki ELTE Universitetinin dosenti Mariya Keneşi çevirib.

Səfir Vilayət Quliyev nəşrə Əbdürrəhim bəy Haqverdiyevin ədəbi və diplomatik fəaliyyətindən söz açan əhatəli müqəddimə yazıb.

İndiyədək səfirlik xətti ilə çap olunan digər kitablar kimi Ə. B. Haqverdiyevin "Seçilmiş hekayələri" də təmənnasızMacarıstanın 200-ə yaxın kitabxanasına, Budapeştdəki Yunis İmrə Türk Kültürü İnstitutuna hədiyyə edilib.

Bu günlərdə ELTE universitetinin türkoloq tələbələrinin iştirakı ilə Azərbaycan dilinin də öyrənildiyi Türk bölümündə kitabın təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG