Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:35

‘Ürəyin eybəcərliyi – bədənin eybəcərliyindən dəhşətlidir’


Sankt Peterburq, LGBT fəallarının piketi, 30 iyul, 2016
Sankt Peterburq, LGBT fəallarının piketi, 30 iyul, 2016

İyulun 31-də Rusiyanın Sankt-Peterburq şəhərinin mərkəz meydanında cinsi azlıqlar aksiya keçirir.

AzadlıqRadiosu-nun müxbiri xəbər verir ki, 20-yə yaxın adam göy qurşağı bayrağı ilə meydana toplaşıb. Cinsi azlıqların simvolu olan göy qurşağı bayraqlarda şüarlar yazılıb: «Hər kəs üçün feminizm», «Ürəyin eybəcərliyi – bədənin eybəcərliyindən dəhşətlidir», «Niyə bizim sevgimizi gözünüz götürmür?»

Buna da bax: Özünü qadın hesab edən kişi ruhi xəstə sayılmaya bilər…

Hakimiyyət onların aksiya üçün müraciətinə mənfi cavab verdikdən sonra aksiyaçılar meydana tək-tək toplaşıb. Aksiya təşkilatçıları aksiya keçirmək üçün 7 marşrut təklif etsələr də, yerli hakimiyyət heç birini müxtəlif səbəblərlə qəbul etməyib. Məsələn, bir ünvanda təmir getdiyi, digərində başqa vətənpərvər tədbirin salındığı bildirilib.

Aksiyanın məqsədi cinsi azlıqlara diskriminasiyanın son qoyulması tələbini ictimaiyyətin diqqətinə çatdırmaq olub.

Buna da bax: 6 yaşlı qızla evlənən molla

Aksiyanın sonunda iştirakçılar bayraqları büküb və dəstə halında birləşərək metroya gediblər. Bu zaman polis onları saxlasa da, Konstitusiyanı pozmadıqlarını diqqətə çatdıran cinsi azlıqlar yollarına davam ediblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG