Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:25

Sumqayıt fəhlələri: 'İcra bizi tutdursa, ailələrimiz çıxıb tələb edəcək'


Sumqayıt fəhlələri prokurorluq qarşısında

Sumqayıt fəhlələri prokurorluq qarşısında

“İcra hakimiyyəti aylarla süründürdü. Aylarla toplaşdıq, pulumuzu tələb etdik, bizi adam yerinə qoymadı. Hər dəfə üstümüzə polis tökdü, bizi incitdi. Dəfələrlə Bakıya – Prezident Administrasiyasının qarşısına gəlmək istəyəndə qarşımızı polislə kəsdi. İcra başçısına demək istəyirik ki, onsuz da gəlib bura qədər çıxdıq. Nə qədər ki, pulumuz onun cibindədir, səsimizi kəsmək çıxış yolu deyil. Bizi tutduracaq, ailələrimiz çıxıb tələb edəcək”.

“ONDAN-BUNDAN YOLPULU ALIB GƏLMİŞƏM”

Noyabrın 10-da azı 50 fəhlə maaş tələbi ilə Prezident Administrasiyasının qarşısına toplaşıb. Sumqayıtda yeni salınmış bulvarda aylarla işləyib maaşlarını ala bilməyən fəhlələr bundan öncə dəfələrlə Sumqayıt şəhər İcra Hakimiyyətinin qarşısında toplaşıblar. Ancaq maaşlarını ala bilməyiblər.

Buna da bax: İcra hakimiyyətinin qarşısındakı fəhlələr: 'Hamballıq eləmişik, pulunu verin'

Azər adlı aksiya iştirakçısı Ağdaşda yaşayır. Aksiyaya qatılmaqdan ötrü qonşudan yolpulu alaraq Bakıya gəldiyini deyir:

“Hər dəfə ondan-bundan yolpulu alıb maaşımı tələb etməyə Sumqayıta gedirəm. Bu gün də qonşudan yolpulu alıb gəlmişəm. İşlərin bitməsinə 3 ay qalmış maaşlarımızı ləngitməyə başladılar. Mən yerə “tomet” döşəyirdim. Yoldaşım onkoloji xəstədir, Ağdaşdan Sumqayıta işləməyə məcburiyyətdən gəlmişdim. Uşaqları qonşuların ümidinə qoyub gəlib istirahətsiz işləmişəm ki, yoldaşımın bahalı dərmanlarını ala bilim. Heç kəs bəxtəvərlikdən aylarla isti evindən uzaq düşüb yayın cırhacırında, qışın şaxtasında açıq havada hamballıq eləmir. Pulumu kim yeyibsə, halal eləmirəm”.

“BİZLİK DEYİL”

Fəhlə Yusif Bağırov deyir, Prezident Administrasiyası onlara ümidverici bir söz deməyib:

“Qəbul otağında dedilər, gedin, məsələni öz aranızda həll edin. Bizlik deyil”.

Fəhlələr də Nazirlər Kabinetinin qarşısına üz tutublar. Burada onlara ərizə yazdırılıb və qısa müddətdə bir cavab veriləcəyi bildirilib.

Buna da bax: Prezidentin açdığı bulvarı tikənlər pullarını ala bilmirlər

Onlar ABŞ-ın Azərbaycandakı səfirliyi qarşısında da toplaşıblar. Fəhlələrə bildirilib ki, bu məsələ ölkədaxili olduğundan səfirlik qarışa bilməz.

İCRA HAKİMİYYƏTİ ŞƏRH VERMİR

Sumqayıt şəhər icra hakimiyyətindən əvvəllər bu məsələlərlə bağlı AzadlıqRadiosu-na qısa da olsa münasibət bildirirdilər. Məsələn, oktyabrın əvvəli fəhlələr qurumun qarşısına toplaşanda, qurumdan bildirmişdilər ki, məsələ yaxın günlərdə çözüləcək. Lakin artıq qurum bu məsələni şərh etmir.

Fəhlələr maaşları verilməsə, yenə toplaşacaqlarını bildirirlər.

Bu il sentyabrın 27-də prezident İlham Əliyev Sumqayıt Dənizkənarı Bulvarının açılışına qatılıb. Xəzər sahili boyunca 4 kilometr uzanan bulvar kompleksinin ümumi sahəsi 106 hektardır. Bu istirahət məkanının tikintisinə ötən ilin oktyabrında başlanılıb. Bulvarda Bayraq Meydanı da inşa olunub.

Buna da bax:

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG