Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:05

Sabiq hakim yenə məhkəmə önündə


►İddiaya görə, o, zərərçəkmişdən pul alıb ki, səni icra baçısı qoyduracam

Keçmiş hakim, hazırda 7 illik həbs cəzası çəkən Həsən Əliyev yenidən məhkəmə qarşısına çıxarılıb. O, 2000-ci ildən 2007-ci ilə qədər Binəqədi Rayon Məhkəməsinin sədri, bundan sonra isə 2013-cü ilə qədər Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olub.

Dekabrın 11-də Gəncə Apellyasiya Məhkəməsində hakim Elçin Xasməmmədovun sədrliyilə Həsən Əliyev, eləcə də onunla birlikdə mühakimə olunan Elman Məmmədov və Taleh Süleymanovun şikayəti üzrə məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib, apellyasiya şikayətlərinin təmin olunmamasını və Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünün dəyişdirilmədən qüvvədə saxlanılmasını istəyib. Həmin hökmə əsasən, Həsən Əliyev 7 il azadlıqdan məhrum edilib, külli miqdarda ziyan vurmaqla dələduzluq və vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət verməkdə təqsirli bilinib. Hökmə qədər azadlıqda olan keçmiş hakim elə məhkəmə zalında həbs olunub. Digər təqsirləndirilən şəxslərdən Taleh Süleymanov da 7, Elman Məmmədov isə 8 il həbs cəzası alıb.

Xatırladaq ki, Həsən Əliyev iş üzrə zərərçəkmiş qismində tanınmış Ramazan Səlimov adlı şəxsdən onu icra başçısı təyin etdirmək adı ilə 600 min manat pul almaqda ittiham olunur. Cinayət işinin materiallarına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi işlədiyi dövrdə o, Ramazan Səlimovu hər ikisinin ortaq tanışı olan Elman Məmmədov vasitəsilə tanıyıb. Ramazan Səlimovun sözlərinə görə, ona həmin ərəfədə yeni yaradılan Pirallahı Rayon İcra Hakimiyyətinə başçı təyin olunacağı vəd edilib. Digər təqsirləndirilən Taleh Süleymanov isə Nərimanov Rayon Prokurorluğunun əməkdaşı olub.

Amma Həsən Əliyev ittihamı qəbul etmir. O, məhkəmədə ifadəsində Ramazan Səlimovun yalan danışdığını bildirib. Keçmiş hakim həmçinin məhkəmədən Ramazan Səlimovun özünün və həyat yoldaşı Gülnarə Səlimovanın bilə-bilə yalan ifadə vermə və dələduzluq maddələrilə məsuliyyətə cəlb olunmasını xahiş edib. Lakin bu barədə vəsatəti təmin olunmayıb.

Həsən Əliyev şikayətinə Gəncədə yox, Bakı Apellyasiya Məhkəməsində baxılmasını istəyirdi. Lakin Ali Məhkəmə keçmiş hakimin vəkillərinin bu barədə kassasiya şikayətini təmin etmədi.

Növbəti proses dekabrın 21-nə təyin olunub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG