Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:43

Vaxtilə Yasamal Rayon Məhkəməsinin hakimi olan, ardınca Bakı Hərbi Məhkəməsinin icra şöbəsinə rəhbərlik etmiş, bir müddət öncə isə dələduzluqda suçlanaraq həbs olunan Fəxrəddin Rzayev azadlığa buraxılıb.

Oktyabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində Fikrət Qəribovun sədrlik etdiyi hakimlər kollegiyası ona hökm oxuyub. Hökmə əsasən, keçmiş hakim dələduzluqda təqsirli bilinsə də, ona münasibətdə CM-nin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Fəxrəddin Rzayevə verilən 5 illik azadlıqdan məhrumetmə cəzası şərti hesab olunub və o, məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, keçmiş hakim Eyvaz Abbasov adlı şəxsdən oğlunu Yol Polisinə işə düzəltmək adı ilə 20 min manat, Sahib Aslanovdan da 3 min dollar alıb qaytarmayıb.

Fəxrəddin Rzayev məhkəmədə ifadəsində özünü qismən təqsirli bildiyini söyləyib. Deyib ki, 20 mini də, 3 mini də işə düzəltmək adıyla deyil, borc alıb: «İş görməyə almışdım, amma qaytara bilmədim».

Məhkəmədə o da bəlli olub ki, zərərçəkmişlərin hüquq-mühafizə orqanlarına şikayətindən sonra keçmiş hakim aldığı pulu hissə-hissə qaytarıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG