Keçid linkləri

2016, 30 Sentyabr, Cümə, Bakı vaxtı 02:06

-

The Guardian qəzeti yazır ki, Türkiyə dövləti keçmiş futbol ulduzu Hakan Şükürün həbsinə order verib..

Futbolçu Ərdoğanı devirməyi hədəfləyən 15 iyul hərbi çevriliş cəhdində təqsirli bilinir.

Anadolu agentliyinin verdiyi xəbərə görə, prokurorluq Hakan Şükürü hərbi çevrilişin arxasında durduğu iddia edilən terrorçu qrupun üzvü olmaqda ittiham edir. Deyilənə görə Hakan Şükür və ailəsi keçən il Türkiyəni tərk edib Amerikaya köçüb.

Futbol kariyerasından sonra Hakan Şükür siyasətə qoşulmuş və 2001-ci ildə Türkiyə Böyük Millət Məclisinə Ərdoğanın Ədalət və inkişaf Partiyasından deputat seçilmişdi.

Ancaq 2013-cü ildə Ərdoğan və onun əhatəsini hədəfləyən korrupsiya yoxlamalarından sonra parlamentdən istefa verib Gülənlə yaxınlaşmağa başladı.

Buna da bax: 'Gülənçi' basketbol ulduzunun övladlıqdan çıxarıldığı deyilir

Sonra o, fevral ayında Ərdoğanı Twitter hesabında təhqir etməkdə ittiham edilirdi. O məqsədinin Türkiyə prezidentini təhqir etmək olmadığını bildirsə də, prokurorluq deyir ki, tvit açıq-aşkar Ərdoğanla əlaqəli olub.

Hakan Şükürün futbolçu kariyerası 1987-2007-ci illəri əhatə edirdi. O Türkiyə futbol tarixinin 112 görüşdə 51 qolla ən məhsuldar futbolçusudur. O Galatasaray, İtaliyanın İnter və İngiltərənin Blackburn Rovers kimi futbol komandalarının oyunçusu olub. Bundan əlavə o 2002-ci il futbol üzrə dünya çempionatındakı yaxşı performansı ilə yadda qalmışdı. Türkiyə həmin çempionatda 3-cü yer tutmuşdu.

Hazırda Hakan Şükürün rəsmi Twitter hesabı işləmir, ancaq onun əvvəllər bu hesabdan Gülənə dəstək mesajları verdiyi bildirilir.

Polis İstanbulda Hakan Şükürə aid olduğu deyilən evdə axtarış aparıb. Onun atasının Sakaryadakı evində də axtarış aparılıb, ancaq atası həmin vaxt evdə olmayıb.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, polisə S. Şükürün Adapazarının Sakarya prospektində yerləşən Salko məscidində cümə namazında olduğu barədə məlumat daxil olub.

Məscidə gələn polislər cümə namazının bitməsini gözləyiblər. Namaz bitəndən sonra polisləri görən S. Şükür onlara təslim olub.

S. Şükür ifadəsi alınması üçün polis idarəsinə aparılıb.

Həmçinin hazırda Sabah qəzeti məlumat verir ki, Hakan Şükür və atasının bütün hesab və mülklərinə həbs qoyulub.

Biraz əvvəl Türkiyədəki siyasi duruma görə digər futbolçu Mario Qomez də Beşiktaş futbol klubundan ayrılıb. Qomez deyib ki, siyasi problemlərin dinc həll olunacağını ümid edir və bundan sonra yenə kluba qayıdacaq.

Buna da bax: "Onlara şərt qoyurlar ki, məndən imtina etsinlər"

XS
SM
MD
LG