Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:28

Müsavat Partiyasının başqanı Arif Hacılı da Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağrılıb.

Bu haqda partiyanın mətbuat xidməti xəbər verir.

“Arif Hacılı onları Müsavat Partiyasının qərargahına dəvət etsə də, razılaşmayıblar, idarəyə gəlməsinin vacib olduğunu qeyd ediblər”, mətbuat xidməti bildirir.

A. Hacılı oktyabrın 14-də saat 14:00-da idarəyə gedəcək. Çağırışın səbəbi haqda bilgi verilmir.

Buna da bax:​ Arif Hacılı: 'Azərbaycanı siyasi böhran gözləyir'

Oktyabrın 13-də Milli Şuranın Koordinasiya Şurasının üzvü Eldəniz Quliyev və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müavini Gözəl Bayramlı da DİN-ə dəvət edilib.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvi, keçmiş məhbus Oqtay Gülaliyev və AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədli də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağrılıb. Bu barədə O. Gülalıyev məlumat yayıb. Ona da çağırılmanın səbəbi barədə informasiya verilməyib. Oqtay Gülaliyev 10-30-a, Nurəddin Məmmədli isə 12-00-a çağrılıblar...

Günün bütün mövzuları

XS
SM
MD
LG