Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:34

Portuqaliyanın keçmiş baş naziri Antonio Guterresh BMT-nin yeni baş katibi təyin edilib.

Qərar oktyabrın 13-də BMT Baş assambleyasının iclasında qəbul edilib.

Guterres səlahiyyətlərinin icrasına 2017-ci il yanvarın 1-dən başlayacaq.

BMT-nin ümumilikdə 193 üzvü var.

BMT təhlükəsizlik şurasınınsa 5 daimi üzvü var. Bunlar ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransadır.

Şuranın qalan 10 qeyri-daimi üzvüləri isə 2 ildən bir dəyişir.

67 yaşlı Guterres bu vəzifədə Cənubi Koreyanın nümayəndəsi Ban Ki Moonu əvəz edəcək.

2 müddət təşkilata baş katiblik edən Ban Ki Moonun səlahiyyətləri 2016-cı ilin sonunda bitir.

Baş katib 5 ildən bir seçilir.

Antonio Guterres 1995-2002-ci illərdə Portuqaliyanın baş naziri, 2005-2015-ci illərdə BMT-nin qaçqınlar üzrə ali komisarı olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG