Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 22:37

Gürcüstanda Rusiya-Ermənistan qaz kəmərini “partlatmaq istəyiblər”


Rusiyanın Vesti xəbər kanalından görüntülər
Rusiyanın Vesti xəbər kanalından görüntülər

Gürcüstandan alınan xəbərlərə görə bu ölkənin dövlət təhlükəsziliyi xidməti terror aktının qarşısını alıb.

Xəbərdə deyilir ki, Gürcüstandan keçən Rusiya-Ermənistan qaz kəmərinin partladılması məqsədilə terror aktı hazırlayan 7 nəfər həbs edilib.

Bunların arasında Poti şəhəri polis post-patrul xidmətinin əməkdaşı Levan Mamporiyanın da olduğu xəbər verilir.

Gürcüstan DTX-nin nümayəndəsi brifinqdə jurnalistlərə deyib ki, şübhəlilər Rusiya və Ermənistan arasındakı təchizat qaz kəmərini Saquramo kəndirinin yaxınlığında partlatmağı planlaşdırırdılar.

Sözçü bilavasitə terror aktını icra etməli olanların beş nəfər olduğunu söyləyib. Şübhəlilər Beka B, Vladimir P, Mindiya V, Caba M, Nuri Ç. kimi təqdim olunublar.

Bundan başqa Gürcüstan DİN baş müfəttişliyi vəzifə səlahiyyətlərini aşması ilə bağlı polisin patrul xidmətindən Levan P-ni və cinayət haqqında məlumatı gizlətməkdə şübhəli bilinən Gürcüstan vətəndaşı İrakli B-ni həbs edib.

Məlumatda deyilir ki, öz planlarının həyata keçirilməsi məqsədilə şübhəlilər avqustun 20-də Jinvali-Şatili şose yolunun yaxınlığındakı meşə zolağında gizlətdikləri partladıcıları götürməyə yollanıblar.

“Bundan sonra onlar əvvəlcədən gizlətdikləri 4 ədəd 200 qramlıq trotili, iki fitili, 5 ədəd partadıcı kapsulu və bsşqa partladıcı maddələri maşına yükləyiblər” – deyilir məlumatda.

Xəbər verilir ki, sözü gedən 5 nəfər elə bu vaxt həbs edilib. Saxlancdan həm də güllə dolu avtomatlar tapılıb. Həbs olunanlardan birinin şəxsi kompüterində qaz kəmərinin keçdiyi ərazinin xəritəsi aşkar olunub.

Gürcüstan DTX-nin məlumatına görə şübhəlilərdən birinin tez-tez Ukraynaya gedib-gəldiyi məlumdur, lakin bunun terror aktı cəhdi ilə əlaqəli olub-olmadığı hələlik bilinmir.

DTX-nin sözçüsü tutulanlardan birinin guya müdafiə naziri Levan İzoriyanın qohumu olduğu barədə xəbərləri təkzib edib.

İstintaqı Gürcüstan Dövlət Təhlükəsizliyi Xitmətinin əks-kəşfiyyat departamenti aparır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG