Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:26

Azərbaycanlılar yaşayan bölgədə seçki ikinci tura qaldı


Tbilisi, 8 oktyabr 2016

Tbilisi, 8 oktyabr 2016

Müxalifətin azərbaycanlı namizədləri hakimiyyətdən olan rəqiblərinə qarşı mübarizə aparacaqlar

Azərbaycanlıların sıx yaşadığı Gürcüstanın Marneuli və Bolnisi rayonlarında parlament seçkilərinin ikinci turu keçiriləcək.

Bu barədə AzadlıqRadiosuna məlumat verən müxalif Vahid Milli Hərəkat partiyasının Bolnisidən olan namizədi Samirə İsmayılova deyir ki, o və hakimiyyətin namizədi 50 faizlik baryeri keçə bilməyib və ikinci turda əsas mübarizə onunla Bolnisinin keçmiş meri arasında gedəcək:

“Saxtakarlığa, qanunsuzluqlara yol verildi, “karusel” deyilən bir şey var, eyni adamlar məntəqə-məntəqə gəzib bülleten salırlar. Neçə məntəqədən nümayəndələrimizi çıxardılar. 45 faiz hakim “Gürcü arzusu”nun namizədi Qoqo Mishveanili, 43 faiz biz toplamışıq”.

Buna da bax: "Azərbaycanda 63 növ seçki saxtakarlığı var idi, bu il artıb"

Seçki günü məntəqədə dava düşüb

Marneulda olan dairələrin birində də ikinci tur keçiriləcək. Burda isə azərbaycanlı namizəd, müxalif Vahid Milli Hərəkatın dəstəklədiyi Əhməd İmanquliyev “Gürcü arzusu” nun namizədi ilə mübarizə aparacaq.

Seçki günü Marneuli rayonunun Qızılhacılı kəndində yerləşən məntəqədə İmanquliyevin tərəfdarları ilə hakim namizədin adamları arasında qarşıdurma yaranıb. Qarşıdurma zamanı polislərdən də yaralanan olub. Bu barədə sosial şəbəkələrdə video görüntülər yayılıb.

Marneul rayonunun digər dairəsindən isə hakim partiyanın azərbaycanlı namizədi Ruslan Hacıyev seçilib. Digər rəqib namizədlər bu dairədə də seçkinin saxtalaşdırıldığını iddia edirlər.

Hakim partiya qalibdir

Gürcüstan Mərkəzi Seçki Komissiyası-nın məlumatına görə, hakim “Gürcü arzusu” seçicilərin 50 faizindən çoxunun səsini qazanıb.

Keçmiş prezident Mikail Saakasvilinin Vahid Milli Hərəkat partiyası 25.51 səslə ikinci yerdə gəlir.

Digər partiyalar tələb olunan 5 faizlik baryeri keçməyib.

XS
SM
MD
LG