Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:24

Gürcüstan müəllimlərin maaşlarını qaldırır


Venera Antonova (Udi dərsi müəllimi)

Venera Antonova (Udi dərsi müəllimi)

İqtisadçı-ekspert Rövşən Ağayev Gürcüstanda müəllimlərin əmək haqqının artırılmasından yazıb.

“İndiyədək fikirləşirdim ki, hazırkı inkişaf tempi ilə Gürcüstanla Azərbaycan arasında iqtisadi fərqləri daha aşkar formada 2020-ci ildən sonra hiss etmək mümkün olacaq. Amma proses çox sürətlidir. Bu fərqlər artıq indidən qabarıq görməyə başladıq. 2017-ci il yanvarın 1-dən orta məktəbdə ən az maaş alan praktikant müəllimlərin məvacibi 257 USD, müəllim mentorların maaşı 414 dollar, aparıcı müəllimlərin əmək haqqı 343 dollar olacaq. Bu hazırkı məzənnə ilə 420-670 Azərbaycan manatına bərabərdir. Azərbaycanda isə orta məktəb müəllimlərinin ən azı 70 faizinin əmək haqqı 250 manatdan azdır. Orta maaş isə 300 manata çatmır”.

Buna da bax:​ Gürcüstanda maaş və pensiyalar ciddi artırılır- Azərbaycandan fərqli olaraq

İqtisadçı iki ölkənin müqayisəsində başqa bir məqama da toxunub: “2017-ci ilin proqnozuna görə Azərbaycanda və Gürcüstanda adambaşına büdcə xərcləri eynidir: təxminən 1000 dollar. Halbuki, 5-6 il öncə Azərbaycanda adambaşına büdcə xərcləri 2500 dollara çatırdı, Gürcüstanda isə 500 dollar ətrafında idi.

Onların hökumətinin qatarı sürətlə irəli, bizimki isə geriyə gedir.

Seçkili və xalqın mandatı ilə formalaşan, azad sahibkarlığın dayaq olduğu iqtisadiyyatın fərqi budur…” - deyə o yazır.

Günün bütün mövzuları

XS
SM
MD
LG