Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:38

Tbilisidə sığınacağın yarısı boşdur


Azərbaycan, evsizlər Bakı, 1 fevral 2012

Azərbaycan, evsizlər Bakı, 1 fevral 2012

Ninonu sevdiyi oğlan hələ o, yeniyetmə olarkən qaçırıb. Sonra ailə qurublar, bu nikahdan hazırda 13 və 15 yaşlarında iki övladları var.

Ninonun dediyinə görə, əri içki düşkünü olduğundan ondan boşanıb. Boşandıqdan sonra bir müddət kirayədə yaşayıb. Ancaq kirayə pulunu ödəyə bilməyib. Evdən çıxıb. 8 nömrəli şəhər xəstəxanasının yaxınlığındakı baxımsız, boş tikiliyə yerləşib.

Artıq beş ildir ki, Nino uşaqları ilə burada yaşayır. Qonşuları da özü kimi, heç bir sosial təminatı olmayan kimsəsizlər və başqa yerdə gecələmək imkanından məhrum qaçqınlardır. Qaldıqları tikilidə nə işıq, nə qaz, nə də su var. Heç kanalizasiya da yoxdur.

“Uşaqlar gündüz dərslərini hazırlayıb bitirə bilməyəndə axşam şam işığında məşğul olurlar. Hər şey, elə bil ki, 90-cı illərdəki kimidir, əslində isə ondan daha ağırdır”, Nino gözlərini bir nöqtəyə zilləyir.

İnsanların evsizə çevrilmə səbəbləri hansılardır?

“Evsizlər – dövlət siyasətinə tənqidi baxış” adlı hesabat hazırlamış İnsan Hüquqlarının Tədqiqi və Monitorinqi Mərkəzinin əməkdaşı Lina Qvinianidze-nin sözlərinə görə, insanlar bir çox səbəbdən evsizə çevrilə bilərlər. Bunlar işsizlik, hərbi münaqişələr, təbii fəlakətlər, ailədaxili zorakılıq, bəzi hallarda səhiyyə xidmətlərinin əlçatan olmaması və bu səbəbdən də xəstəliyin müalicəsindən ötrü evin satılması və başqa səbəblərdir.

Küçədə yaşamalı olan insanların çoxu isə cəmiyyətin daha həssas qruplarıdır. Məsələn, psixi pozuntuları olanlar, yaxud uşaq evlərinin, 18 yaşdan sonra dövlətin qayğısına qalmadığı yetirmələri.

Lina Qavinianidze-nin dediyinə görə, dövlətin bu sahədə problemi mərhələli şəkildə həll etməyə uzunmüddətli strategiyası yoxdur. Bələdiyyələrin gücü isə müvəqqəti həll yollarına çatır.

Foto: arxiv

Foto: arxiv

2015-ci ilin dekabrında Tbilisidən kənarda evsizlərə sığınacaq açılıb. Lakin burası başı üstündə damı olmayan və çox ciddi durumda olanlara müvəqqəti sığınacaqdır. Başqa heç bir xidmət yoxdur. Üstəlik, burada qalanların cəmiyyətə inteqrasiya şansı da azalır. Sığınacağın şəhərdən aralı yerləşməsi benefisiarlarının əmək bazarına çıxışını çətinləşdirir, ünsiyyət dairəsini məhdudlaşdırır. Ona görə də evsizlər bura o qədər də həvəs göstərmirlər. Sığınacağın yarısı hələ də boşdur.

Alkoqol və narkotik maddə qadağası

Bundan başqa, sığınacağın qaydalarına görə, əlillər və spirtli içkidən, yaxud narkotik maddədən asılılığı olanlar burada qala bilməzlər.

Şəhərin Səhiyyə və Sosial Təminat Xidmətinin rəhbəri Qela Çiviaşvili bu qadağanı əlillərdən ötrü ayrıca müəssisələrin mövcudluğu ilə əsaslandırır. Sözügedən sığınacağın isə təhlükəli yoluxucu xəstəliyi olmayan və özünə qulluq etmək iqtidarında olan bütün başqa evsizlərə açıq olduğunu söyləyir.

Evsizlər isə burda yerləşməkdən daha çox, meriyadan evsiz statusu almağa səy göstərirlər. Bu statusun nə vaxtsa onlara dövlətdən ev qazandıracağına ümid edirlər. Vətəndaş evsiz statusu almaq üçün meriyaya müraciət edir. Meriyada Daxili İşlər Nazirliyi, Vergi Xidməti, Ədliyyə Nazirliyi və sair orqanların nümayəndələrindən ibarət Komissiya həmin vətəndaş və ailəsi haqqında məlumatları araşdırıb, ona evsiz statusu verib-verməmək barədə qərar çıxarır.

Qela Çiviaşvilinin dediyinə görə, bügünədək meriyaya 1500 belə müraciət olub. Bu müraciətlərdən 250-nə müsbət cavab verilib. Ancaq Xidmət rəhbəri özü də etiraf edir ki, bu status mənzil almaq hüququ vermir, dərinə gedəndə, ümumiyyətlə, hələlik heç bir hüquq vermir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG