Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:41

Cavaxetiyada gənc nəsil gürcü dilini öyrənməyə başlayıb


Gürcüstan, Axalkalaki
Gürcüstan, Axalkalaki

Ancaq yenə də burdakı ermənilər xəstəxanaya Tbilisiyə yox, Yerevana gedirlər. Gürcüstanın Cavexetiya bölgəsində erməni əhali üstünlük təşkil edir. 2014-cü ilin statisikasına görə bölgədə 80 mindən çox erməni yaşayır.

Cavexetiyanın Axalkalaki şəhərində soyuqlar düşüb. Oktyabr təzə başlasa da, burda artıq iki dəfə qar yağıb. Yerli camaat deyir ki, qar torpağı 10 dəfə ağ örtüyünə bürüyəndən sonra əsil qış gələcək.

Buna da bax: «Gürcü arzusu» və Gürcüstan azərbaycanlıları

Anuşikin balaca köşkündə isə istidir. Elektrik qızdırıcının spiralları istidən al qırmızı rəngə boyanıb. Anuşik 30 ildir ki, burada xırda biznesi ilə məşğuldur. O, dərzidir. Daim gülümsəyir.

Danışanda da erməni, gürcü və rus dillərini bir-birinə qarışdırır. Üstəlik, jestlərdən və mimikalarından da səxavətlə istifadə edir. Ona görə də onu anlamaq heç də çətin olmur.

Camaatda pul yoxdur

“Bax bu balaca budkada işləyirəm. Saat 10-da gəlir, 6-da gedirəm. 3-5 lari alıram. Nə edim? Camaatda pul yoxdur”.

Anuşik yerli icra orqanlarının ünvanına təriflər yağdırır. Yalnız qohumunun təqaüdünü kəsmiş bir məmurdan başqa.

Buna da bax: Gürcüstanda seçki məntəqəsinə hücüm olub

Onun adını çəkən kimi çöhrəsindəki gülüş yoxa çıxır, dişinin dibindən çıxanı söyləyir. Amma qalanları, dediyinə görə, demək olar ki, qüsursuzdur.
Burada seçkilərin nəticələri də adətən belə olur; hakim partiya, bir qayda olaraq, şəksiz qalib olur.

Amma 4 il əvvəl keçirilmiş son seçkilər bu baxımdan bir qədər fərqli keçib. Müxalifət 30%-dək səs qazanıb.

Cavaxetiya İnformasiya Mərkəzinin direktoru Rima Qaribyan-ın dediyinə görə, əvvəllər belə şeyə rast gəlməyiblər. İndi müxalif partiyalar seçicilərlər görüşməyə başlayıblar, insanlar da belə görüşlərə həvəslə gedirlər.

Axalkalakidə insanlar hələ də siyasətdən danışmağa meyilli görünmürlər
Bununla belə, Axalkalakidə insanlar hələ də siyasətdən danışmağa meyilli görünmürlər.

Çoxları seçkiyə getməyəcəyini, bunun bir mənası olmadığını söyləyir. Onların fikrincə, kimin seçilməsindən asılı olmayaraq, onsuz da heç nə dəyişməyəcək.

Rima deyir ki, 2000-ci ilədək Axalkalakidə özünəməxsus həyat tərzi vardı. İnsanlar Gürcüstanda yaşadıqlarını anlasalar da, dövlət onların həyatında sanki iştirak etmirdi.

Bu isə onların seçkilərə münasibətinə, öz vətəndaş hüquqlarını həyata keçirmək istəklərinə və imkanlarına pis təsir göstərirdi.

Gənc nəsil dövlət dilini öyrənməyə başlayıb

Etnik azlıqların gürcü cəmiyyətinə inteqrasiyasına ən böyük maneə onların dövlət dilini bilməmələridir.

“Biz dövlət dilini bilməmişik. Elə indi də yaşlı nəsil gürcü dilini bilmir. Belə insanlar, məsələn, xəstəxana üçün Tbilisiyə gedəndə orada özlərini rahat hiss etmirlər, çünki istədikləri kimi ünsiyyətdə ola bilmirlər. Ondansa Yerevana getməyi üstün tuturlar. Çünki orada həkimlə rahat ünsiyyət qura bilirlər. İndi bu proses artıq dəyişmək üzrədir”, -- deyir Rima.

Gənc nəsil dövlət dilini öyrənməyə başlayıb. Abituriyentlər Gürcüstanın ali məktəblərinə daxil olur. Burada Gürcüstanda işləyə bilən mütəxəssislər hazırlanır. Burda oxuduqlarından onlar əvvəlkitək iş dalınca xaricə getməyə məcbur qalmırlar.
Amma Rimanın fikrincə, ümumilikdə inteqrasiya prosesi çox ləng gedir. Bundan başqa, başa düşmək lazımdır ki, yaşlı nəsil dövlət dilini artıq öyrənə bilməyəcək.

Seçkilər vaxtı namizədlər isə elə hey ağızdolusu vədlər verir. Regionun inkişaf edəcəyindən və yeni iş yerlərinin açılacağından danışırlar. Sadə insanların isə qarnı belə sözlərə çoxdan toxdur.
Cavexetiya Ermənsitan və Türkiyə ilə sərhəddə yerləşir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG