Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:32

Xəzərdə tapılan meyitin neftçi olduğu açıqlandı


Xəzər
Xəzər

-

Fevralın 21-də Xəzərin Neftçala ərazisində aşkar edilən cəsədin Neft Daşlarındakı 501 saylı özüldə baş verən qəzada itkin düşən neftçilərdən Cavad Xudaverdiyev olduğu müəyyən edilib.

Bu haqda SOCAR məlumat yayıb.

Məlumatda bildirilir ki, cəsədin kimliyi DNT analizi nəticəsində müəyyən edilib. C.Xudaverdiyev SOCAR-ın Nəqliyyat İdarəsinin əməkdaşı idi. Mərhum neftçi dekabrın 4-də Neft Daşlarındakı 501 saylı dəniz özülündə qəzada itkin düşən 3 neftçidən biridir.

SOCAR Neft Daşlarındakı 501 saylı və «Günəşli» yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalarda itkin düşən neftçilərin axtarışını davam etdirir.

2015-ci il dekabrın 4-də Neft Daşlarında vaqon-otaqda olan 3 fəhlə qasırğa nəticəsində dənizə düşmüşdü. Həmin gün axşamüstü isə «Günəşli» yatağındakı 10 saylı platformada yanğın baş vermişdi. Bu yanğında 30 nəfər itkin düşmüşdü. Onlardan 13-nün meyiti tapılıb.

XS
SM
MD
LG