Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:57

Baş nazir müşavirə keçirdi


Artur Rasizadə
Artur Rasizadə

-

Dekabrın 6-da baş nazir Artur Rasizadə SOCAR-da “Günəşli” yatağındakı 10 saylı stasionar dəniz özülündə baş vermiş qəza ilə bağlı müşavirə keçirib.
Bu barədə Azertac məlumat yayıb.

Bildirilir ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Xəzər Dəniz Gəmiçiliyi QSC-nin sədri Rauf Vəliyev, Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, SOCAR prezidenti Rövnəq Abdullayevin qəzanın aradan qaldırılması və itkin düşənlərin axtarışı ilə əlaqədar hesabatları dinlənilib, baş nazirin sualları cavablandırılıb.

Baş nazir qəzanın aradan qaldırılması, yanğının söndürülməsi və xilasetmə işlərinin sürətləndirilməsi ilə bağlı aidiyyatı dövlət qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

XS
SM
MD
LG