Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:20

-

Meydan TV-nin redaktoru Günel Mövludun həbsdə olan qardaşlarının aprelin 29-da azadlığa buraxıldığı bildirilir.

G.Mövludun özü də bu barədə Facebook səhifəsində belə yazıb:

«Qardaşlarımı buraxıblar. Hamıya dəstəyə görə təşəkkür. Ümid edirəm, onları buraxıb, daha pis şeylər etməyəcəklər».

Musavat.com xəbər verir ki, G.Mövludun valideynləri bu məsələ ilə bağlı danışmaq istəməyiblər.

APA-nın xəbərində isə deyilir ki, G.Mövludun qardaşları Vəkil və Raci İmanovlar cəzalarının bir hissəsini çəkdiklərindən məhkəmə qərarı ilə azadlığa buraxılıblar.

Ötən il oktyabrın 13-də Meydan TV-nin redaktoru G.Mövludun qardaşları - Raci və Vəkil İmanovları polis saxlamışdı. Qardaşlar narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunaraq həbs ediliblər.

Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq narkotik əldə etmə və ya saxlama) maddəsi ilə ittiham olunan Vəkil İmanov Biləsuvar rayon Məhkəməsinin dekabrın 22-də çıxardığı hökmlə 1 il həbs cəzası almışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG