Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:12

Rusiyanın nəhəng mobil operatoru Mərkəzi Asiyanı tərk edir


Mobile TeleSystems

Mobile TeleSystems

-

Rusiyanın nəhəng mobil telefon operatoru Mobile TeleSystems (MTS) Özbəkstan müştərək müəssisəsində olan payını satacağını və Mərkəzi Asiya ölkələrini tamamilə tərk edəcəyini bəyan edib.

​Mobile TeleSystems (MTS) Özbəkstan ölkə başçısının qızı Gulnara Karimova olduğu iddia olunan şəxs tərəfindən idarə olunan qondarma şirkətə külli miqdarda rüşvət verməklə Özbəkistan bazarına daxil olmaq istəyən 3 şirkətdən biridir.

Bundan əvvəl ABŞ Ədliyyə Nazirliyi həmin “özbək rəsmisi”nə rüşvət vermis 3 şirkətin İsveç banklarında 550 milyon dollarının müsadirə olunması barədə vəsatət qaldırıb.

“MÜXTƏLİF BİZNES SƏBƏBLƏRİNDƏN...”

Şirkətin avqustun 5-də açıqlanan bəyanatında vitse-prezident Andrey Smelkov bildirib ki, MTS «müxtəlif biznes səbəbləri və digər hallarla» bağlı UMS adlı şirkətdəki öz payını satmaq qərarına gəlib.

UMS-dakı digər 49,99 faizlik paya Özbəkistan hökuməti sahibdir.

Bildirilir ki, satış gələn ayın sonunda bağlı elan olunacaq.

Qəfil satış qərarı şirkətin özbək filialının – Uzdunrobitanın ölkə rəsmiləri ilə münasibətlərinin pisləşməsindən 4 il sonraya təsadüf edir. Hökumət normativ qaydaları pozmaqda suçlayaraq şirkətin bir neçə səlahiyyətli əməkdaşını həbs etmiş, lisenziyasını ləğv etmişdi.

Gulnara Karimova

Gulnara Karimova

Uzdunrobita o zaman prezident İslam Karimovun qızı Gulnara Karimova tərəfindən idarə olunurdu.

Rusiya və Özbəkstanda MTS-nın rəqibi, adı Karimovaya rüşvətvermə qalmaqalında hallanan digər şirkət VimpelCom bu ilin əvvəlində ABŞ və Hollandiya tərəfindən irəli sürülmüş rüşvət ittihamlarına xitam verilməsi üçün 795 milyon dollar təzminat ödəməyə razılaşıb.

“GETMƏK QƏRARI RÜŞVƏT QALMAQALI İLƏ BAĞLI DEYİL”

Nyu-York Fond Birjasına çıxan MTS Rusiyanın ən böyük mobil telefon operatorudur. Ən böyük səhmdarı milyarder Vladimir Yevtushenkov-dur.

NASDAQ Fond Birjasına çıxan VimpelCom şirkətinin səhmdarı isə rusiyalı milyarder Mikhail Fridmandır.

Reuters-ə ünvanladığı e mail məktubunda MTS yazır ki, Özbəkistandan getmək qərarı rüşvət qalmaqalı və ya ölkə hakimiyyəti ilə yaşanan hər hansı problemlə bağlı deyil.

Sözügedən rüşvət qalmaqalında adı keçən 3-cü şirkətsə İsveç və Finlandiyaya məxsusTeliaSonera şirkətidir.

Rüşvət olayı üzə çıxandan sonra İsveç hökuməti araşdırma aparmış, şirkətin 4 səlaiyyətlisi istefa verməli olmuşdu.

Özünü diplomat, biznes-ledi, moda dizayeneri, müğənni, şairə kimi sınaqlardan keçirən Gulnara Karimovanın bir ara 78 yaşlı atası İslam karimovdan sonra hakimiyyətə gələcəyi güman edilirdi.Amma 2014-cü ildən bəri haqqında aparılan araşdırmaların nəticələri onun nüfuzunu xeyli zəiflədib. Ötən il onun Özbəkstanda ev dustağı kimi saxlandığı əks olunan fotoları yayılmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG