Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:24

Gülen-lə bağlantılı AKP-lilərin araşdırılmaması sual doğurur


Thorbjorn Jagland

Thorbjorn Jagland

Türkiyədəki müxalifət partiyaları ilə yanaşı, bəzi tərəfsiz müşahidəçilər də ölkədəki həbslərin niyə hakim AKP-yə təsirsiz ötüşdüyünü soruşurlar. Türkiyə hakim dairələri iyulda baş vermiş uğursuz çevriliş cəhdi ilə bağlı həbsləri davam etdirir.

Bəzi müşahidəçilər bu təzyiqlərin niyə hakim AKP-yə təsirsiz ötüşdüyünü soruşurlar. Axı çevriliş cəhdinin əsas səbəbkarı olduğu iddia edilən Fethullah Gulen bir zamanlar AKP və onun lideri Recep Tayyip Erdoganla sıx əlaqədə idi.

“AKP-nin özünü təmizləmək cəhdlərini görmürük"

Ötən cümə- oktyabrın 14-də 89 hakim və prokurorun həbsinə order verilib. Onların hamısı Gulen-ə bağlılıqda suçlanır. Artıq 32 minədək adam həbs edilib. Onların əksəriyyəri hərbçi, təhsil və ya ədliyyə işçiləridir.

Erdoğan Gulen tərəfdarlarının on illərlə hökumətin bütün sektorlarına nüfuz etdiyini iddia etməklə bu təqiblərə haqq qazandırır. Gulen-in özü isə çevriliş cəhdində iştirakını inkar edir.

Foto:arxiv

Foto:arxiv

Müxalifət partiyaları araşdırmaların AKP-yədək uzanmamasının səbəbini get-gedə daha çox sorğulamağa başlayıblar.

Əsas müxalifət partiyası olan CHP-nin sədr müavini və sözçüsü Selin Sayek Boke deyir ki, Gulen tərəfdarlarının hakim partiyaya necə sızmasının araşdırılmaması istintaqın legitimliyinə şübhə oyadır:

“AKP-nin özünü təmizləmək cəhdlərini görmürük".

“Onlar həm xaricdə, həm də daxildə…”

İndi Erdogan Gulen-lə bir zamanların möhkəm ittifaqını müəmmaya çevirib. Hakimiyyətinin ilk illərində Erdogan Gulen-in geniş tərəfdar şəbəkəsini hökumət daxilindəki güclü dünyəvi hərbiyyəyə qarşı alət kimi görürdü. Dünyəvilik tərəfdarı olan hərbçilər daim Erdpoğanın islamçı meyllərinə qarşı olublar.
Brüsseldəki Carnegie Avropa mərkəzindən Sinan Ulgen deyir ki, istintaq AKP-nin öz üzvlərini də araşdırmalıdır.

"Onlar bu qədər vaxtda gülençiləri həm daxildə, həm də xaricdə dəstəkləyiblər".

Həbs olunanların çoxu çevrilişlə bağlı "Bylock" adlı şifrəli kommunikasiya əlavəsindən istifadədə ittiham edilir. Prokurorların iddiasına görə, “Bylock” Gulen tərəfdarlarının özlərinin yaratdığı əlavədir. Türk təhlükəsizlik qüvvələri əlavənin kodunu qıraraq, onun vasitəsilə bir çox qəsdçiləri tapdığını iddia edir.
Adətən, Erdogana güclü dəstəyi ilə tanınan MHP lideri Devlet Bahceli də istintaqda ikili standartlara yol verildiyini vurğulayıb.

Türkiyədə həbslər

Türkiyədə həbslər

İki mer, 5-6 nazir və AKP-dən 60 deputat Gülen-lə bağlıdır?

Bu həftə baş nazir Binali Yildirim elan edib ki, hökumət Erdoğan-ın konstitusiyanı dəyişərək ölkəni prezident sistemiylə yönəltmək planını yenidən işə salacaq. Bu, təqiblərin hakimiyyəti ələ keçirməyə xidmət etdiyi barədə söz-söhbəti gücləndirib.

Təqiblərin AKP-ni hədəfə almaması partiyanın daxilindəki Gulen tərəfdarının əhəmiyyətli sayından da qaynaqlana bilər. Bir məlumatda deyilir ki, iki nüfuzlu merin, beş-altı nazirin və 60-dək AKP deputatının Gulen-lə bağlantılı olması mümkündür.

Prezidentə yaxın mənbə bildirib ki, Erdogan AKP-ni bütün gülençi ünsürlərdən təmizləməkdə qərarlıdır və bu, yalnız "zaman məsələsidir".

"Biz Türkiyəyə demokratiya ilə İslamın barışığının mümkünlüyünün sübutu kimi baxmışıq. Ümid edirəm bu fikirtəmizləmə zamanı da üstünlük qazanar", -

Avropa Şurasının Baş Katibi Thorbjorn bu həftə "Associated Press"ə müsahibəsində belə deyib.

“Türkiyə məhkəmələrində baxılsa, daha yaxşı olardı”

Jagland-ın sözlərinə görə, qaldırılan işlərin hər birində təqsirsizlik prezumpsiyası tətbiq edilməlidir: "Düzdür, türk vətəndaşlar Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edə bilərlər, ancaq bu işlərə Türkiyə məhkəmələrinin ədalətlə baxması daha yaxşı olardı".

Jagland Türkiyədəki vəziyyətin qəfildən yarandığını və həddən çox səhvlərə yol verildiyini də söyləyib. O,çevriliş cəhdinin doğurduğu bütün təhlükəyə baxmayaraq, bu cəhdə qarışdığına dair ciddi dəlillər olmayan şəxsləri suçlarkən, Türkiyə hökumətini diqqətli davranmağa çağırıb.

XS
SM
MD
LG