Keçid linkləri

2016, 02 Oktyabr, bazar, Bakı vaxtı 02:18

Rafiq Əliyev: 'Gülençilərdən çox, turizmin ərəbləşməsindən narahatam'


Rafiq Əliyev

Rafiq Əliyev



“Mən Azərbaycanda Gülençilərdən çox, turizmin ərəbləşməsindən narahatam. Bu gün Azərbaycan İŞİD-in (İraq və Suriyada qanlı terror əməlləri ilə məşhur olan İslam Dövləti silahlı qruplaşması - red.) hədəfindədir”. Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev AzadlıqRadiosuna müsahibədə belə deyib.

O, Gülençilərin Azərbaycanda təşkilatlandığını, hətta hakimiyyət olimpində onlara yardım edənlərin olduğunu da söyləyir:


– Nurçuluq Said Nursi-dən başlayır, Atatürkün, dünyəvi türk dövlətinin əleyhinə yaradılmışdı. Nursi-nin ölümündən sonra bu işi Türkiyənin kənarına çıxardılar, 163 ölkədə kiçik qrupları var.

Onlar Azərbaycanda 1992-ci ildən yayılmağa başladılar. Bakı Dövlət Universitetində ilahiyyat fakültəsi yaradıldı. Universitet dövlət müəssisəsi idi və burda dini fakültə yaradılması Konstitusiyaya zidd idi. Amma prezident Əbülfəz Elçibəy razılıq vermişdi.

Beşulduzlu hoteldə iki-üç ay qalmağa pul lazımdı. Hardandır o pul 7-8 nəfərlik ailə üçün? Niyə bura gəlirlər? Niyə cavanlar 3 ay yayı burda keçirirlər? İraqda, Suriyada belə varlı insanlar varmı indi? Gəlmək imkanları varmı? Bəlkə Suriya, İraq pasportu ilə başqa ölkələrdən gəlirlər? Niyə Antalyaya, Bodruma getmirlər?

Bundan sonra Fethullah Gülen Nursi-nin ən böyük arzusunu – universitet yaratmaq arzusunu yerinə yetirdi. Gülen bu arzunu başqa ölkədə yox, Azərbaycanda reallaşdırdı, Qafqaz universitetini, sonra liseylər şəbəkəsini yaratdı və 17 lisey fəaliyyətə başladı, onların heç biri Təhsil Nazirliyinə tabe deyildi.

Həqiqətən, verdikləri dərs, elm çox güclüydü. Uşaqlar bunun arxasında hakimiyyətə gəlmək niyyətinin durduğunu əvvəlcədən bilmirdiər. Onları universitetlərə, oxuyub qurtarandan sonra dövlət müəssisələrinə yerləşdirirdilər. Türkiyədəki sistemı qısa vaxtda burda da yaratdılar.

Mən hələ 2002-ci ildə bu liseylərin bağlanmalı olduğunu yazmışdım. Onların sakit fəaliyyətinə uymaq olmaz, son məqsədləri hakimiyyətə gəlməkdir, amma heç bir qan tökmədən, inqilabsız.

– Gülençilər Azərbaycan üçün nə qədər təhlükəlidir? Bugünlərdə hüquq-mühafizə orqanları onlarla bağlı cinayət işi açıldığını bəyan etsə də, detallar açıqlanmır.

– Bu gün Gülençilərdən Azərbaycana təhlükə gözləmirəm, mən bu təhlükəni İŞİD-dən gözləyirəm və bunu görürəm.

– İŞİD təhlükəsinə qayıdarıq. Gülençilərlə bağlı dövlət necə davranmalıdır? Burda öz şəbəkəsini quran Gülençiləri Türkiyədəki kimi kütləvi şəkildə işdən uzaqlaşdırmaq doğru addımdırmı?

– Gülençilər yüksək ixtisas sahibidirlər, həm əqli, həm xarici baxımdan yaxşı işçidirlər, onlara tələb çoxdur. İkincisi, onların burda himayədarları var, geniş fəaliyyətə cəlb edənlər var, ona görə işdən çıxarılmaq, qovmaq lazım olduğunu düşünmürəm. Türkiyə variantı burda təkrarlana bilməz, çünki yetərincə bazaları yoxdur.

Ən son videolar üçün, YouTube kanalımıza baxın -


– Rafiq bəy, onların himayədarların olduğunu deyirsiniz, Azərbaycan hakimiyyətinin olimpində Gülençilərə dəstək verən varmı?

– (Gülür) Mən onu dəqiq bilmirəm. Amma onu bilirəm ki, yaxşı işə düzəlirlərsə, deməli, himayədarları var. Himayədarlar kiçik adamlar deyillər, söz sahibidirlər.

– Amma rəsmi təbliğatda Gülençilər müxalifət sırasında axtarılır.

– Hakimiyyətə gəlmək iddiası olan adamları həmişə işbirliyində görmək rahatdır. İkincisi, Leninin bir sözü vardı: “İnqilabın qələbə çalması üçün şeytanla da dostluq edə bilərəm”. Ona görə müxalifətçilərin Gülençilərlə əlaqəsi ola bilər və bu normaldır. Mübarizənin formasıdır.

***Bunlara da baxın:
- BƏƏ-dən gələn turistlər çoxalıb
- Nardaran işində: 'Cinsiyyət orqanımızın üstünə çıxıb təpikləyirdilər'
- NİDA Elgiz Qəhrəmanın həyatından narahatdır
- ABŞ-ın BMT-dəki səfirindən Azərbaycana çağırış



– Qayıdaq İŞİD təhlükəsinə. Dediniz ki, əsas təhlükəni onlardan gözləyirsiniz. Bu narahatlıq haradan qaynaqlanır?

– Son iki ayda Yaxin Şərqdən, xüsusən də İraqdan, Suriyadan gələn turistlərin sayı həddən çoxdur. Hətta bunu turizmin ərəbləşməsi kimi qiymətləndirirəm.

Gülençilər yüksək ixtisas sahibidirlər, həm əqli, həm xarici baxımdan yaxşı işçidirlər, onlara tələb çoxdur. İkincisi, onların burda himayədarları var, geniş fəaliyyətə cəlb edənlər var, ona görə işdən çıxarılmaq, qovmaq lazım olduğunu düşünmürəm.

Ərəblərin sayı turistlərin 40-50 faizini təşkil edir. Gələnlər də 7-8 nəfərlik qrplardır. Aralarında bir yaşlı kişi, ya qadın olur, qalanları cavanlardır, başları da bağlı.

Mən ərəbşünasam. Bunlar ərəbcə danışanda başa düşürsən ki, onlar Azərbaycanın bölgələrinə gələn ərəb turistlərlə danışır, məlumat alırlar. Bunların hamısının bir-biri ilə ciddi əlaqəsi var. Mehmanxana ətrafında fırlananda bu söhbətləri eşidirsən. Bu da məni təşvişə salır.

Mehmanxanalarda təhlükəsizlik tədbiri görülmür, baqajları yoxlanılmır. O gün birinin baqajında 7-8 boru gördüm. Bu, nəyə lazımdır ki?

(Müsahibə videoreportajdan sonra davam edir)

– Mehmanxanalarda adətən nəzarət kameraları yerləşdirilir. Bəlkə bu şəkildə ərəb turistlər də izlənir?

– Kameralar ola bilər. Amma bu kamera terror aktı törədildikdən sonra lazım olur. Bizə lazımdır ki, terror aktı olmasın. Buna görə deyirəm ki, bu gün Azərbaycanda Gülençilərin yox, terror törətməyə cəhd edən insanların sayı çoxdur. Gülençilərin terrorçulara aidiyyatı yoxdur. Bunlar İŞİD-ə, islam xilafətinə aiddirlər. Azərbaycan Yaxın Şərq yaxınlığında yeganə müsəlman ölkəsidir ki, əmin-amanlıq içində yaşayır. Burda qarışıqlıq salsalar, bizə çox çətin ola bilər.

– Azərbaycan kimin hədəfində ola bilər?


– İŞİD-in hədəfindədir. Bunu dəfələrlə açıq deyiblər. Amma hədəfdə olduğumuzu bilərək təhlükəsizlik tədbirləri görülürmü? Məncə, yox.

Turist axınını, onların davranışını görəndə onlarla heç kimin məşğul olmadığını başa düşürəm. Hotellərin məqsədi pul qazanmaqdır, təhlükəsizlik aşağıdır.

Buna görə narahatam, bizdə ciddi mütəxəssis qrupu yoxdur ki, gələnləri nəzarətdə saxlaya bilsinlər. Beşulduzlu hoteldə iki-üç ay qalmağa pul lazımdı. Hardandır o pul 7-8 nəfərlik ailə üçün? Niyə bura gəlirlər? Niyə cavanlar 3 ay yayı burda keçirirlər? İraqda, Suriyada belə varlı insanlar varmı indi? Gəlmək imkanları varmı? Bəlkə Suriya, İraq pasportu ilə başqa ölkələrdən gəlirlər? Niyə Antalyaya, Bodruma getmirlər?

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG