Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:03

Türkiyə Gülenin ekstradisiyasını çevriliş cəhdinə görə istəmir?


Fethullah Gülen

Fethullah Gülen

ABŞ Dövlət Departamenti avqustun 23-də bəyan edib ki, Türkiyə hökuməti Pensilvaniyada yaşayan müsəlman vaiz Fethullah Gülenin ekstradisiyasını rəsmən rica edib.

Reuters agentliyinin xəbərində deyilir ki, rəsmi Ankara Gülenin təslim edilməsini 15 iyul çevriliş cəhdinin dərhal ardınca istəmişdi və sözü gedən çevriliş cəhdinin arxasında məhz Gülenin durduğunu bildirirdi.

Bununla belə, Dövlət Departamentinin sözçüsü Mark Toner Gülenin ekstradisiyasının rəsmən istəndiyini təsdiq etsə də bildirib ki, ekstradisiya ricası sənədində çevriliş cəhdindən söhbət getmir.

Türkiyənin ingilisdilli Daily Sabah saytı yazır: Toner deyib ki, Türkiyənin verdiyi sənədi “çevriliş cəhdinə bağlı bir sənəd kimi xarakterizə etməzdi”.

"Biz rəsmi ekstradisiya ricası almışıq, lakin bu sənəd çevriliş cəhdini ehtiva etmir” – deyib Mark Toner.

Toner sənəd barədə başqa heç bir təfərrüat verməyib.

Biz rəsmi ekstradisiya ricası almışıq, lakin bu sənəd çevriliş cəhdini ehtiva etmir

Reuters bildirir ki, Türkiyədə çevriliş cəhdinin ardınca minlərlə insan vəzifələrindən uzaqlaşdırılıb və ya həbs edilib.

Hökumət bu adamları Gülen şəbəkəsi ilə əlaqələrdə və ya bu şəbəkəyə mənsub olmaqda ittiham edir.

Fethullah Gülenin özü çevriliş cəhdi ilə hər hansı əlaqəsini inkar edir.

Reuters yazır ki, Ankaranın ekstradisya barədə rəsmi sənədi təqdim etməsi ilə vise-prezident Joe Biden-in Türkiyəyə səfəri eyni vaxta təsadüf edir.

Mark Toner deyib ki, ABŞ hökuməti hazırda ekstradisya ilə bağlı Türkiyənin təqdim etdiyi sənədləri öyrənir.

Daily Sabah isə xatırladır ki, Türkiyə və ABŞ arasında qarşılıqlı ekstradisiyaya dair saziş 1979-cu ildən mövcuddur.

Günün bütün mövzuları

XS
SM
MD
LG