Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:55

2015-ci il martın 22-də təmas xəttini keçən Ermənistan əsgəri, Andranik Grigoryan noyabrın 18-də, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə geri qaytarılıb.

Komitənin məlumatına görə, əsgər qarşı tərəfə Ağdam rayonunun Baş Qərvənd kəndi yaxınlıgında təhvil verilib.

Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri prosesdən əvvəl əsirə baş çəkiblər və o, geri dönmək istədiyini bildirib.

Qeyd edək ki, Andranik Grigoryan 1991-ci ildə Xocavənd rayonunda anadan olub.

Müqavilə əsasında hərbi xidmət keçən hərbi qulluqçu bu il martın 22-də xidmət elədiyi hərbi hissəsini tərk edərək könüllü Azərbaycan tərəfə keçmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG