Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:45

G.Bayramlı: 'Məni açıq nömrədən təhdid edəni tapsınlar'


Gözəl Bayramlı

Gözəl Bayramlı

«Noyabrın 2-də Suraxanı rayon Polis İdarəsinin Təhqiqat şöbəsində oldum və 5 gün öncə mənə qarşı baş verən ölüm təhdidləri ilə bağlı şöbə rəisini məlumatlandırdım».

Bunu AzadlıqRadiosuna AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib,

G.Bayramlı üzləşdiyi ölüm təhdidləri ilə bağlı ətraflı izahat verdiyini qeyd edib: «Oktyabrın 28-də baş verən təhdidlərlə bağlı ancaq noyabrın 2-də polis idarəsinə dəvət edilməyim özü anormal haldır. Digər tərəfdən Daxili İşlər Nazirliyinin «102»qaynar xəttinə müraciətimə belə cavab verilmədi. Məni açıq nömrədən təhdidləri edən şəxsin tapılmasını, kimliyinin müəyyənləşdirilməsini tələb etdim. Təhqiqat şöbəsinin rəisi mənə həmin şəxsin qısa zamanda aşkar ediləcəyini bildirdi».

G.Bayramlı oktyabrın 28-də açıq nömrədən ölümlə hədələndiyini açıqlamışdı.

«Zəng edən şəxs kobud şəkildə məndən «nə yazırsan» deyə soruşdu. Ondan özünü təqdim etməyi istəyəndə, «gələndə biləcəksən, ünvanını de» cavabını verdi. Sonra da tərbiyəsizlik edib qışqırmağa başladı. Telefonu söndürdüm, yenə bir neçə dəfə zəng etdi. Soruşdum məni təhdid edirsən, dedi «bəli»» - xanım siyasətçi qeyd edirdi.

Cəmil Həsənli

Cəmil Həsənli

«NÖMRƏNİN SAHİBİNİ TAPMAQ NƏ ÇƏTİN İŞDİR?»

Milli Şuranın sədri, tarixçi-professor Cəmil Həsənli AXCP sədrinin müavini Gözəl Bayramlını hədələyənlərin tapılmaması ilə bağlı açıqlama yayıb.

C.Həsənli yazır ki, G.Bayramlını hədələyən açıq nömrədən zəng vurub: «Şübhəsiz ki, nömrənin açıq qalması sırf texniki səhvdən irəli gəlib. Bu günə qədər nömrə sahibinin saxlanması barədə hansısa tədbirin görülməsi barədə bir məlumat yoxdur. Yəqin, anonim zəng olmuş olsaydı, ən azından görüntü xətrinə bəzi istintaq hərəkətləri edərdilər. Amma nömrə bəlli olduğundan polis orqanları çıxılmaz vəziyyətdə qalıb».

C.Həsənli hesab edir ki, bu təhdid G.Bayramlının bir müddət öncə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağrılmasının davamıdır: ««Bandotdel»də nə tələb etmişdilər Gözəl xanımdan? Taleh Bağırovu, Fuad Qəhrəmanlını müdafiə etmə, Nardaran işinə qarışma. Əlbəttə ki, Gözəl xanım bu tələbi yerinə yetirmədi. Ardınca bəlli nömrədən ölüm zəngi çalındı».

C.Həsənliyə görə, polis açıq nömrədən vətəndaşı ölümlə təhdid edən şəxsi tapmaqda maraq göstərmir: «Görən bəlli bir nömrənin sahibini tapmaq nə çətin işdir?».

Günün bütün mövzuları

XS
SM
MD
LG