Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:55

'İlham Əliyevə müraciət edib deyirəm ki...'


Illüstrasiya
Illüstrasiya

►Cəyirli sakini: Məhkəmələrimiz istənilən vətəndaşı istənilən rüşvət qarşılığında bir göz qırpımındaca torpaqsız, evsiz-eşiksiz, işsiz, ailəsiz qoymağa “qadirdir”

Cəyirli kənd sakini Məhəmməd İbrahimov Dövlət Reyestr Xidmətinin bir qrup əməkdaşı barədə tədbir görülməsini tələb edir.

Deyir, bir qrup vəzifəli şəxs rüşvət müqabilində vətəndaşların pay torpaqlarını əllərindən alıb başqalarının adına sənədləşdirirlər. Həm də bu işdə yerli məhkəmələrin “xidmətindən” yararlanırlar.

Məhəmməd İbrahimovun sözlərinə görə, 16 saylı Dövlət Reyestr Xidmətinin işçiləri rüşvət alaraq məhkəmələrə saxta rəylər verməklə kəndlilərin halal torpaqlarının əldən çıxmasına baiskar olurlar.

“RÜŞVƏT ALIB SAXTA RƏY YAZIRLAR”

Kənd sakini:

“Cəyirli kəndində həyat yoldaşım İbrahimova Tahirə Əli qızına məxsus 70 hektar torpaq sahəsinin qanunu qaydada bizə məxsus olmasına dair sənədlərimiz var. Hətta həmin torpaq sahəsi ilə bağlı bir vaxtlar qalxan mübahisə Ali Məhkəməyə kimi gedib çıxıb. Nəticə xeyrimizə həll edilib. İndi bir nəfər imkanlı şəxs ortaya çıxıb, iddia qaldırıb ki, ona məxsus torpaq sahəsi Cəyirli kənd sakini Feyzullayevlər ailəsi tərəfindən zəbt edilib. Göyçay rayon məhkəməsinin qərarı əsasında torpaq üzərində ekspertiza keçirən 16 saylı Dövlət Reyestr xidməti rüşvət alıb saxta rəy yazıb ki, Feyzullayevlər ailəsi iddiaçı Fərhad Səfərəliyevə məxsus torpağı zəbt edib. Onlara məxsus 68 hektar torpaq sahəsi də guya mənim həyat yoldaşıma məxsus torpaq sahəsinin üzərinə düşür. Həmin 70 hektar torpaq sahəsinin bizə, qonşuluqda yerləşən 68 hektar torpaq sahəsinin Feyzullayevlərə məxsus olmasına dair ortada Ali Məhkəmənin qərarları var. Sual olunur: belə olan halda əsassız iddianın Göyçay məhkəməsi tərəfindən icraata götürülməsi, buna görə reyestr xidmətinin təkrar ekspertiza keçirməsi kimə və nəyə lazımdır? Məhkəmə məmur əllərində oyuncağa çevrilib. İş gedir Ali Məhkəməyə qədər çıxır, qərar qəbul olunur, bir müddətdən sonra hansısa məmur öz maraqlarına görə eyni məsələni təkrar aşağı məhkəmədə qaldırır. Ötən dəfə özünün verdiyi rəyə zidd başqa rəy verir. Əmlaklarımızın taleyi necə də qeyri-ciddi insanlara tapşırılıb”.

____________________________________________________________

Bunlara da bax:
'İlham Əliyevə müraciət edib deyirəm ki...'
Rusiyadan Ermənistana gələsi silah ləngiyir

____________________________________________________________

SADƏ VƏTƏNDAŞLAR QARŞI-QARŞIYA GƏLİR

Məhəmməd İbrahimov gileylənir ki, pay torpaqları kəndlilərə əkib-biçmək, dolanışıq əldə etmək üçün verilib. Dövlət qurumları isə bu hərəkətləri ilə sadə vətəndaşları qarşı-qarşıya qoyur. Bir də görürsən ki, torpaq üstdə qan töküldü.

Göyçay rayon Məhkəməsi bu ilin aprelində qətnamə çıxarıb. Sakin bu qətnaməni sifarişli və rüşvət hesabına çıxarılmış sənəd hesab edir. Feyzullayevlər ailəsi qətnamədən Şəki Apellyasiya Məhkəməsinə şikayət veriblər. Onlar 16 saylı Dövlət Reyestr Xidmətinin verdiyi rəyə əsasən çıxarılmış məhkəmə qətnaməsinin ləğvini istəyirlər.

“AY PREZİDENT!”

Cəyirli sakini isə pay torpaqları ilə bağlı kəndlilərin başına gələnlərə diqqət ayrılmasını tələb edir:

“İlham Əliyevə müraciət edib deyirəm ki, “ay prezident! Kəndlilərin halal torpaqlarına qənim kəsilmiş vəzifəli şəxslərlə bağlı ciddi tədbir gör. Onlar bu əməlləri ilə dövləti də, səni də kəndlinin gözündən salırlar”.

SON SÖZ MƏHKƏMƏNİNDİR

16 saylı Dövlət Reyestr Xidmətindən “Qaynar xətt”ə bildiriblər ki, Məhəmməd İbrahimovun bəhs etdiyi məsələ xidmətin keçmiş rəisi Ədalət Cabbarovun vaxtında baş verib. Hazırda isə işə məhkəmə baxır. İyunun 22-də Şəki Apellyasiya Məhkəməsində növbəti məhkəmə başlayacaq. Son sözü də məhkəmə deyəcək.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (17 iyun)

Azərbaycanda tabu mövzular
“Sayt yaratmışam deyə ata-anama təzyiq edirlər”
Günün əsas hadisələri Azadlıq Radiosunda (17 iyun)
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (17 iyun)

Yarış başladı, qazananlar və itirənlər
XS
SM
MD
LG