Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:16

Göyçay aksiyasında adı hallanan: 'O hadisələrlə heç bir əlaqəm yoxdur'


Göyçay sakinləri aksiya keçirir. 15Okt2016

Göyçay sakinləri aksiya keçirir. 15Okt2016

“31 il Daxili İşlər Nazirliyinin işçisi olmuşam. Dövlətlə, polislə heç bir problemim yoxdur”.

Bunu AzadlıqRadiosu-na Göyçay sakini olan keçmiş yol polisi əməkdaşı Füzuli Babayev deyir.

“HEÇ BİR HÜQUQUM TAPDALANMAYIB”

Oktyabrın 15-də günorta saatlarında Göyçay sakinləri aksiya keçirmişdi. Onlar yeni təyin olunmuş yol polis rəisi rəisiylə keçmiş yol polisi əməkdaşı Füzuli Babayev arasında insident yaşandığını, F. Babayevin polis şöbəsinə aparıldığını, onun şöbədən azad edilməsi tələbi ilə toplaşdıqlarını bildirmişdilər. Füzuli Babayevsə deyir, həmin hadisələrlə nəinki əlaqəsi var, heç aksiyadan xəbəri yoxdur:

- Mən 2 gündür Gürcüstandayam. Orda nə baş verib ki?

Buna da bax:​ Göyçaylı sahibkarın aksiyaya görə tutulduğu bildirilir

- Aksiya iştirakçıları bildirdilər ki, sizinlə yol polisi arasında insident baş verib. Sizi polis şöbəsinə aparıblar.

- Sizdən eşidirəm... Ali təhsilli oğlanam, rayonda nüfuzum var, nə dövlətlə, nə polislə problemim yoxdur. Özüm daxili işlər orqanlarında çalışmışam. Hazırda da Daxili İşlər Nazirliyinin maliyyəsi ilə dövlətdən təqaüd alıram.

- “İstanbul” mebel evi sizindir?

- Bəli.

- Aksiya iştirakçılarının deməsinə görə, elə yol polisi də həmin mebel evinə məxsus avtomobili saxlayıb, sizinlə yol polisi arasındakı insident də bundan qaynaqlanıb.

- O mebel evinin maşını yoxdur, varsa da, polis saxlamayıb. Bircə öz maşınımdır, o maşınla da Gürcüstana gəlmişəm.

- Sizcə, adınız niyə hallansın ki?

- Bilmirəm, adımı nahaq hallandırırlar. Mənə qarşı heç bir hərəkət olmayıb. Təqaüddə olan polis işçisiyəm. Dövlətdən təqaüd alıram. Nə polisdən, nə dövlətdən narazılığım yoxdur. Heç bir hüququm tapdalanmayıb, tapdalana da bilməz. İlham Əliyev kimi prezidentimiz var. Onun da yolunda hər hansı xidmətə hazıram.

Buna da bax:​ Göyçaylılar: 'Ya rəis dəyişsin, ya da hər gün yolu bağlayacağıq'

ETİRAZ AKSİYASI NİYƏ KEÇİRİLİB?

Oktyabrın 15-də Göyçay rayonunun bir qrup sakini yol polisi rəisinə etiraz etməkdən ötrü bir araya gəliblər. Onlar AzadlıqRadiosu-na və digər yerli media qurumlarına bildiriblər ki, aksiyaya səbəb Füzuli adlı keçmiş yol polisi işçisinin hazırkı yol polis rəisi tərəfindən incidilməsidir. “Ancaq incidilən təkcə Füzuli deyil, biz ümumilikdə, bu rəisin bütün sürücüləri incitməsinə qarşıyıq və onun bizim rayondan uzaqlaşdırılmasını tələb edirik”, – aksiya iştirakçıları bildiriblər.

İcra hakimiyyətinin başçısı aksiya iştirakçıları ilə görüşdükdən sonra dağılışıblar.

Buna da bax:​ Göyçay sakini 'gec olacaq' deyir

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə “APA” informasiya agentliyinə bildirib ki, aksiyanı keçirənlər yol hərəkəti qaydalarının pozuntularına görə inzibati qaydada cərimələnənlər olub. Rayonun yerli hüquq-mühafizə orqanlarının rəhbərləri “ictimai diqqəti özlərinə cəlb etmək istəyən” həmin şəxslərlə görüşüb, onları narahat edən məsələlərlə maraqlanıblar. Rayon rəhbərliyinin müvafiq izahatından sonra həmin şəxslər dağılışıb və məsələ bununla da bitib.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG