Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:42

-

Azərbaycanlı startapçı görmə qüsurlu uşaqlara yeni qurğu hazırlayır.

«Braille Teach» adlanan cihaz «Braille» əlifbasını asan və rahat öyrətmək üçün düşünülüb.

Layihənin rəhbəri «Bethclip» və «Braille Pad» layihələriylə tanınan Rəşid Əliyevdir.

OYUNCAQ ŞƏKLİNDƏDİR

Qurğu oyuncaq biçimində düzəldilib və üzərində 6 müxtəlif düymə yerləşdirilib. Düymələrə toxunmaqla içərisində dinamik olan qurğunu yönəltmək mümkündür. Uşaqlar oyuncağı yandıranda, qurğu onları ayrı-ayrı dillərdə salamlayacaq. Beləcə, görmə əngəlli uşaqlar həm 7 müxtəlif oyun oynayacaq, həm də «Braille» əlifbasını öyrənəcəklər. Hərfi qurğuya daxil edincə, onun hansı hərf olduğu səslənir.

Rəşid Əliyevin sözlərinə görə, layihə qlobal bazar üçün düşünülüb. Qurğu əvvəlcə dörd dildə çalışacaq. Daha sonra dillərin sayı artırılacaq.

QİYMƏTİ BAHA OLMAYACAQ

Layihə rəhbəri «Braille Teach»i ukraynalı həmkarı Yevgeny Artomonov-la birgə hazırlayır.

Rəşid Əliyev qurğunun qiymətinin 20 dollardan aşağı olacağını deyir və əlavə edir: «İstədiyimiz yatırımı toplayıb, təxminən 50 min qurğu hazırlaya bilsək, qiymət 10 dollara düşə bilər».

Rəşid Əliyev daha öncə az görmə qabiliyyətli insanlara planşet- «Braille Pad» cihazını da hazırlayıb.

XS
SM
MD
LG