Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:24

'Google Maps'ə iki yenilik gəldi


Foto illüstrasiya
Foto illüstrasiya

Xəritə deyincə ilk ağla gələn proqramlardan «Google Maps»ə iki yeni özəllik artırılıb.

Bu özəlliklər proqramın «Android» versiyasına gələn yenilənmə ilə aktivləşib.

Bir yenilik budur ki, artıq bütün istifadəçilər proqramı, sadəcə, Wi-Fi bağlantısıyla işlədə biləcəklər. Bu funksiya hələ ötən ay sınaqdan keçirilməyə başlanmışdı.

İkinci yeniliksə odur ki, istifadəçilərin internet olmayanda baxmaqdan ötrü yüklədikləri xəritələr SD kart yaddaşında qoruna biləcək. Daha öncə yüklənilən xəritələr telefonun daxili yaddaşına düşürdü.

Proqramı «Play Store»dan yeniləmək olar.

XS
SM
MD
LG