Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:30

Google “özünüsürən” avtomobilinin "özü" qəza törədib


Google "özünüsürən" avtomobillərindən biri

Google "özünüsürən" avtomobillərindən biri

Saatda üç kilometr sürətlə hərəkət edən Google avtomobili saatda 15 kilometr sürətlə hərəkət edən avtobusun qabağında tormoz edib.

Google şirkətinin “özünüsürən” avtomobillərindən biri ötən ay Kaliforniyada avtobusla toqquşaraq qəza törədibmiş. Qəza nəticəsində ölən və ya xəsarət alan olmayıb.

Xəbər verilir ki, bu, Google şirkətinin həddən ziyadə reklam olunana “ağıllı” maşınlarının düşdüyü yeganə qəza deyil.

Lakin bu qəzanı xüsusu edən odur ki, insidentdə təqsirkar “özünüsürən” olub.

Məhz buna görə də, Google şirkəti Kaliforniyanın Avtomobil İdarəsinə dəvət edilib. Bu görüşdə qəzanın səbəbləri araşdırılmalıdır.

Qəza isə bundan ibarətdir ki, saatda üç kilometr sürətlə hərəkət edən Google avtomobili saatda 15 kilometr sürətlə hərəkət edən avtobusun qabağında tormoz edib.

Google-un özünüsürən Lexus avtomobili (Foto arxivdəndir)

Google-un özünüsürən Lexus avtomobili (Foto arxivdəndir)

Google avtomobilində olan sınaq sürücüsü güman edirmiş ki, avtobus sürətini azaldaraq avtomobilin əsas yola çıxmasına imkan verəcək.

Qəza Kaliforniyada Google şirkətinin qərargahı yaxınlığında baş verib.

Google bu münasibətlə verdiyi bəyanatda qismən təqsirkar olduğunu qəbul edib.

Google avtomobillərinin indiyədək düşdüyü qəzalarda başqa avtomaşınlar səhvlərə yol vermişdilər.

Avtobuslar hər yerdə “xatalıdır”

Xəbər verilir ki, Google avtomobilləri indiyədək müxtəlif ştatlarda minlərlə kilometr məsafə qət ediblər və xırda xətalar nəzərə alınmazsa, heç bir ciddi qəza olmayıb.

Sözü gedən qəza zamanı yol kənarında olan qum kisələrinin də rol oynadığı söylənir.

Google elan edib ki, bu qəzadan sonra özünüsürən avtomobillərin kompüter proqramlarında avtobusların “xüsusi statusu” nəzərə alınacaq.

Google elan edib ki, bu qəzadan sonra özünüsürən avtomobillərin kompüter proqramlarında avtobusların “xüsusi statusu” nəzərə alınacaq.

Buna baxmayaraq, ABŞ mediası bildirir ki, qəzada Google avtomobilinin tamailə təqsirli olduğu bəlli olarsa, bu, şirkətin ambisiyalı planları üçün ciddi zərbəyə çevriləcək.

Google şirkəti üçün ən böyük dilxorçuluğu yaradan budur ki, sözü gedən qəzadan 4 gün əvvəl ABŞ Milli Magistral Yollarda Təhlükəsizlik İdarəsi “özünüsürən” proqramlara canlı sürücülərlə eyni hüquqların verilə biləcəyini bəyan etmişdi.

Belə bir qərar qəbul edilərsə, Google pedalsız və sükansız avtomobillərin geniş istehsalına başlaya bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG