Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:19

DGK sədri Aydın Əliyev ixrac vergisinin tətbiqini istəyir

Bu ilin mayında mis ixrac edərkən, gömrük rüsumunun 20 dəfə artırılmasına nail olan Dövlət Gömrük Komitəsi (DGK) indi yeni təkliflər hazırlayıb. Söhbət ixraca görə rüsum ödəniləcək mal siyahısının genişləndirilməsindən gedir.

Buna da bax:​ Gömrükdə plan doldurmaqda rekord vurur

DGK daxili bazarın keşikçisi rolunda «Trend» informasiya agentliyi yazır ki «Caspian European Club» üzvləri ilə görüşündə DGK sədri Aydın Əliev Azərbaycandan xəz dəri çıxarılarkən, gömrük rüsumu tutmağı təklif edib. Komitənin hökumətə göndərdiyi təkliflər arasında kənd təsərrüfatı məhsullarına və tikinti materiallarına ixrac rüsumunun tətbiqi də var. A. Əliyev təkliflərin daxili bazarı qorumaq məqsədi güddüyünü söyləyib:

DGK sədri Aydın Əliev Azərbaycandan xəz dəri çıxarılarkən, gömrük rüsumu tutmağı təklif edib.

«Bu malların Azərbaycanda maya dəyəri olduqca azdır, buna görə də bir çox sahibkar onları xaricə ixrac edir».

Bir ildə 10 ədəd xəz paltar gətirilib?

İşin qəribə tərəfi budur ki, elə DGK-nın öz hesabatında Azərbaycandan xəz ixracı haqqında statistik məlumat yoxdur. Əvəzində ötən il Azərbaycana rəsmi yollarla ümumi dəyəri 29 min 220 ABŞ dolları olan 10 ədəd xəz geyimin və 330 kiloqramlıq 32 min 230 dollar dəyərində xəz geyim ləvazimatının gətirildiyi bildirilir. Bu isə xəz geyim dükanlarının gerçək dövriyyəsini qətiyyən əks etdirmir, çünki ilin birinci yarısında DGK Azərbaycana 130 ədəd xəz geyim məmulatı gətirildiyini qeydə alıb.

Buna da bax:​ Nazir müavini yeni fərmandan danışdı

İxracatçıya dəstək sözü verilmişdi

İşin qəribə tərəfi budur ki, elə DGK-nın öz hesabatında Azərbaycandan xəz ixracı haqqında statistik məlumat yoxdur.

DGK-nın təklifləri prezident İlham Əliyevin bu il martın 1-də imzaladığı «Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında» fərmanı ilə uzlaşmır. Həmin fərmanda qeyri-neft məhsullarını ixrac edən şəxslərə dövlət büdcəsindən ixrac əlavəsinin ödəniləcəyi bildirilirdi. Hökumət, hələlik, fərmanda nəzərdə tutulan tədbirlərin icrasına başlamayıb.

DGK sədri təqdim etdiyi təkliflərin yaxın gələcəkdə qəbul olunacağını deyir.

Buna da bax:​ Xaricə 100 dollarlıq mal satana, azı, 3 dollar da dövlət verəcək

O vaxt prezident fərmanını dəyişəsi oldu

Dövlət başçısı İlham Əliyevin gömrük məsələlərinə dair ötən ilki fərmanını sonradan dəyişdirməsi yaddaşlardan silinməyib. O, 2015-ci ilin oktyabrında vətəndaşların ticarət məqsədi daşımayan 10 min ABŞ dolları dəyərində malı Azərbaycan ərazisinə ödənişsiz keçirməsini nəzərdə tutan fərman imzalamışdı. Ancaq heç tətbiqinə başlanmadan, bu ilin yanvarında həmin qayda ləğv edildi. İndi gömrük rüsumu ödəmədən sərhəddən keçirilməsinə icazə verilən malların dəyəri yenə əvvəlki kimi, 1500 ABŞ dollarıdır.

XS
SM
MD
LG