Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:43

Ərzaq indi gömrükdə baha qiymətə rəsmiləşdirilir - səbəbi burada


Arxiv fotosu

Arxiv fotosu


Ölkəyə gətirilən azuqənin gömrük dəyərləndirilməsindəki dəyişikliklər get-gedə daha aydın gözə çarpır. Ötən il ortalama 2 dollara rəsmiləşdirilən kərəyağının bir kiloqramınıindi gömrükdən 3,5 dollardan aşağı keçirmək olmur.

Buna da baxın: Necə olur ki, idxal azalmağına baxmayaraq gömrük planı dolur?

Belə çıxır ki...

Dünya bazarında da kərəyağının qiymətində ciddi sıçrayış olduğunu söyləmək olmaz. Belə çıxır ki, qiymət artımı xarici amillərdən deyil, gömrük sistemində baş verən «daxili proseslərdən» qaynaqlanır.

Dövlət Gömrük Komitəsinin (DGK-nın) məlumatına görə, ilk yarımildə Azərbaycana 7,8 min ton kərəyağı və süddən hazırlanmış başqa yağlar gətirilib. İdxal 1625 ton artıb.

Xaricdən gətirilən yağın əsas hissəsi (6 min 734,2 ton) Yeni Zelandiyanın payına düşür. Yağ həm də Belarus (247,6 ton), Almaniya (290,8 ton), Finlandiya (127,6 ton) və Fransadan (144 ton), eləcə də başqa ölkələrdən (Rusiya, Ukrayna, Şri-Lanka, Litva) idxal olunur.

Buna da baxın: 10 min dollarlıq güzəştin ömrü 2 ay çəkdi

İlin ilk yarısında...

İlin ilk yarısında ölkəyə gətirilən 110,6 ton kartofun hər kiloqramı 18,6 sentə (təxminən 29 qəpiyə) rəsmiləşdirilib. Halbuki, ötən il gömrük ölkəyə gətirilən kartofa vergi tətbiq etmək məqsədilə 8 sent, ixrac olunan yerli kartofa isə 57 sent qiymət qoyurdu. Maraqlıdır ki, ilk yarımildə ölkədən ixrac edilən kartof gömrükdən 41 sentə keçib.

Altı ayda Azərbaycana 25 min 391 ton – ötən ilin eyni dövründən 8 min 827 ton çox düyü gətirilib. Müqayisə üçün 2010-cu və 2015-ci illərin idxal göstəricilərinə baxmaq olar. 2010-cu ildə Azərbaycana 17 min 234 ton, 2015-ci ildə isə 28 min 639 ton düyü gətirilmişdi. Bu ilsə ötənilki göstəricinin iki qatı qədər idxal həcmi qeydə alına bilər.

Buna da baxın: Astara gömrüyünə prezident fərmanı hələ çatmayıb

Bir ildə 27 sent fərq?

İlin ilk yarısında 1 kq düyü gömrükdə 63 sentə, keçən ilin eyni dövründə isə bundan 36 sent ucuz rəsmiləşdirilib. Əsassız yerə aşağı qiymətlə rəsmiləşdirmə isə, təbii ki, büdcədən yayındırılan pul deməkdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG