Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:53

Malların üstündə bu işarəni axtarın


Yazıya illüstrasiya üçün istifadə edilir. Şerif. Karikatura

Yazıya illüstrasiya üçün istifadə edilir. Şerif. Karikatura

►“Tərkibində GMO yoxdur” (yəni geni dəyişdirilməyib.)

İstehsalçılar ərzaq tarasının üzərinə bu nişanı vuracaqlar

Azərbaycanda ilk dəfə olaraq qida məhsullarına “Tərkibində GMO yoxdur” nişanının vurulması qaydasını tənzimləyən dövlət standartı AZS 855 -2015 (ТКП 131-2008 (30220) qəbul edilib və ötən həftə dövlət reyestrinə daxil edilməklə sənəd qüvvəyə minib.

Standartın tətbiqi məcburi deyil və bütün ərzaq istehsalçılarına şamil edilmir. Yəni, ərzaq məhsulunun tarası üzərində bu cür markalanmanı şirkətlər öz təşəbbüsü ilə edəcəklər. Nişandan məhsul idxalçıları da istifadə edə bilərlər.

Üzərində “Tərkibində GMO yoxdur” nişanı olan ərzaq məhsullarının tərkibində GMO olmamalı və bu məhsullar genetik mühəndislik metodlarından istifadə etmədən hazırlanmalıdırlar. Bu fakt Azərbaycanda akkreditasiyadan keçmiş laboratoriyalarda aparılan analizlə təsdiq olunmalıdır.

Buna da bax: Rauf Mirqədirova cəza kəsildi

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində (SMPDK) hesab edirlər ki, bu nişanı mallarının üzərinə yerləşdirməklə istehsalçılar və idxalçılar təqdim etdikləri qida məhsulların rəqabət qabiliyyətini artıra biləcəklər.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov AzadlıqRadiosuna deyib ki, yeni standartın qəbul edilməsi müsbət addımdır. Amma eyni zamanda o hesab edir ki, yerli laboratoriyalara etibar etmək olmaz.

“Gen mühəndisliyi üsulları alınmış və tərkibində gen materialının yeni kombinasiyası olan canlı orqanizmi aşkar etmək üçün ölkədə ikisi gömrük orqanlarıda (Naxçıvan və Bakı) olmaqla 3 laboratoriya var. Bir laboratoriya isə SMPDK-dadır. Amma indiyədək eşitməmişik ki, onlarda aparılan analizlər nəticəsində ərzaq məhsullarında GMO aşkar edilsin”.

AİB sədri iddia edir ki, Azərbaycanda becərilən bir çox kənd təsərrüfatı məhsulu (qarpız, pomidor, badımcan, bibər, kartof, soya, qarşıdalı) GMO tərkiblidir.

Qanunvericiliyə əsasən, geni dəyişdirilmiş orqanizmlərin Azərbaycana gətirilməsi, istehsalı və satışı qadağandır və bu tələbi pozanları ağır cərimə və hətta 7 ilədək həbs cəzası gözləyir.

Qeyd edək ki, sözügedən standart Belarusun müvafiq standartı əsasında hazırlanıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG