Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:52

Azərbaycanın da investisiya fondu olacaq - 'Gilan Holdinq'lə bağlı


Kəmaləddin Heydərov
Kəmaləddin Heydərov

Yaxın vaxtlarda Azərbaycanda investisiya fondu fəaliyyətə başlayacaq. İlk paylı investisiya fondunu «Azfinance Asset Management» MMC qurur. Şirkətdə Azadlıqradiosu-nun əldə etdiyi bu məlumatı təsdiqləyərək, hazırda bunun üzərində iş getdiyini bildiriblər.

Fondun təqdimatı olacaq

Fondun ictimaiyyətə təqdimatı gələn həftə gerçəkləşə bilər. Hələlik, onun sərmayəsi və ilk sərmayədarları barədə məlumat verilmir. Fond gələn ildən fəaliyyətə başlayacaq

«Azfinance Asset Management» MMC öz təsisçisinin adını açıqlamasa da, onun «Gilan Holding» Şirkətlər Qrupuna bağlı olduğu sirr deyil.

Buna da bax:​ Yastıq altında pulu olan bunu oxusun

Daha bir şirkətin lisenziyası var

Başqa bir şirkətin - «İnvest-AZ Asset Management» MMC-nin də investisiya fondlarını yönəltmək üçün aktivləri idarə etməyə rəsmi icazə - lisenziyası var. Həmin şirkətin 2013-cü ildə aldığı bu icazəni nə vaxt işə keçirəcəyinə dair AzadlıqRadiosu-nun sualı cavabsız qalıb.

Qanun 6 ildir qəbul olunub, amma... Azərbaycanda «İnvestisiya fondları haqqında» qanun 2010-cu ildən qüvvədədir. Bu, paylı və səhmdar investisiya fondlarının qurulması, fəaliyyəti və ona nəzarəti tənzimləyən sayca ikinci qanundur. Di gəl, ölkədə hələ də investisiya fondu yoxdur. Yerli iqtisadçıların bir çoxu bu fikirdədir ki, qanunla yanaşı, investorların bu qanunun işləyəcəyinə inamı da zəruri şərtlərdəndir. Azərbaycan bir çox yerli və beynəlxalq hesabatlarda sərmayələrin qorunması mühitinin kövrək olduğu ölkələr sırasına aid edilir.

Buna da bax: Çörəyi çörəkdən çıxanlar: Hansı zavodun işi 'yağ kimi gedir'?

Birləşib fond qururlar kı...

Maliyyə Bazarlarına Nəzarət Palatası qeyd edir ki, investisiya fondları kollektiv investisiya fəaliyyəti ilə məşğul olan maliyyə vasitəçiləridir. Belə fondların əsas mahiyyəti - fərdi investor vəsaitlərinin bir yerdə cəmləşdirilməsidir. Onun idarə olunması müqavilə əsasında buna lisenziyası olan şirkətə tapşırılır. Bu şirkət onun idarəçiliyinə verilmiş pul vəsaitini, qiymətli kağızları və başqa əmlakı elə idarə edir ki, onlara qazanc gətirsin.

Buna da bax:​ Heydərovlar Britaniyadakı bizneslərini əldən verdilər

Ortaya azı yarım milyon pul qoyulmalıdır

Paylı investisiya fondu ümumi paylı mülkiyyət hüququ əsasında əmlak toplusudur. Səhmdar investisiya fondundan fərqli olaraq, belə fondun hüquqi şəxs statusu yoxdur. Aktivlər - payların satışından gələn puldan, həmin pulun yatırılmasından əldə olunan digər aktivlərdən ibarətdir. Bu fondların formalaşdırılması, ən azı, 500 min manat toplananda, baş tutmuş sayılır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG