Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:23

İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Paolo Gentiloni Cənubi Qafqaz ölkələrinə regional səfəri çərçivəsində noyabrın 7-də Tbilisidən Bakıya gəlib.

Gentiloni yüksək səviyyədə ikitərəfli görüşlər keçirir.

Danışıqların mövzusu ikitərəfli münasibətlərin inkişafı və regiondakı vəziyyətdir.

İtalyan naziri Bakıda dövlət başçısı İlham Əliyev qəbul edib. Rəsmi məlumatda bu görüşdə danışığın məzmunu geniş şəkildə açıqlanmır.

Buna da bax:​ Italiyanin xarici işlər naziri gəlir

Ölkə başçısının ardınca Paolo Gentiloni xarici işlər naziri Elmar Məmmədyarov qəbul edib.

Nazirliyin mətbuat xidməti bildirir ki, görüş zamanı ikitərəfli münasibətlərin səviyyəsi və müxtəlif sahələr üzrə əməkdaşlıqdan məmnunluq ifadə edilib.

Tərəflər Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacaq TAP layihəsinin icrası ilə bağlı həyata keçirilən işlər və qarşıda duran məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Nazirlər beynəlxalq təşkilatlar və forumlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi və qarşılıqlı dəstəyin göstərilməsinin əhəmiyyətini qeyd ediblər.

Buna da bax: TAP-ın təməli atıldı

Nazir Elmar Məmmədyarov Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəqliyyat layihələri, Bakı-Tbilisi-Qars dəmir yolu barədə məlumat verib. İtaliya şirkətlərinin bu layihənin imkanlarından faydalana biləcəyini deyib.

Mətbuat konfransı

APA-nın xəbərinə görə, Paolo Gentiloni Bakıda keçirdiyi mətbuat konfransında isə bildirib ki, İtaliya Dağlıq Qarabağ məsələsində vasitəçilərin rolunu sürətləndirməyə çalışacaq: "Həmçinin digər prioritet sahələr də mövcuddur. ATƏT-də digər ölkələrlə miqrasiya məsələsinə toxunacağıq. Bu gündəmdə olan məsələdir".

O bildirib ki, Azərbaycan İtaliyadan ötrü enerji təminatı baxımından ön yerlərdən birindədir: “TAP və TANAP kimi layihələrin icrası üçün üzərimizə öhdəlik götürmüşük. Layihə yalnız Azərbaycandan qaz gətirməyəcək, həm də bir neçə ölkə arasında əlaqə yaradacaq. Bu Avropada ən əhəmiyyətli layihə kimi qiymətləndirilir. Bu layihələr münasibətlərimizi daha da möhkəmləndirəcək. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı ciddi layihələr var. İnanıram ki, İtaliya texnologiyaları bu sahədə ciddi təcrübə ola bilər”.

Buna da bax: «Şimal axını-2» TANAP-a qarşı

TANAP və TAP “Cənub Qaz Dəhlizi” layihəsinin tərkib hissəsidir. Bu layihə Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutur.

E. Məmmədyarov isə deyib ki, Dağlıq Qarabağ münaqişənin həllində ləngimə var.

O bildirib ki, Sankt- Peterburq görüşündən sonra irəliləyişə ümid var idi: “Bizdə ümid yaranmışdı ki, düz istiqamətdə işləyirik və nəticə ola bilər. Təəssüf ki, Ermənistan tərəfi irəliləyişə hazır deyil. Özləri də deyirlər ki, status kvonu dəyişməyə hazır deyillər. Hazırda Hamburqda görüş planlaşdırılır. Həmsədrlərin belə bir təklifi var. Azərbaycan tərəfi Hamburqda görüşə razılıq verib. İstəyərdim ümidverici söz deyim, amma görünür Ermənistan tərəfi məsələni ləngidir"

Buna da bax:​ Albaniyada TAP-ın tikintisinə başlanıb

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk qrupda həmsədr ölkələrdir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG