Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:54

-

Ukrayna prezidenti Petro Peroshenko Zakarpat vilayətinin rəhbəri Gennady Moskal-ın vəzifəsində qalması ilə razılaşıb. Bir müddət əvvəl o, regiondakı gömrük idarəsinə təyinatla razılaşmadığı üçün öz istefasını istəmişdi.

Petro Poroshenko öz Facebook səhifəsində yazıb ki, Gennady Moskal ilə konstruktiv görüş keçirib. Prezindentin sözlərinə görə, Moskal onun desentralizasiya proqramını yerinə yetirəcək, Zakarpatyada qaçaq malçılıqla mübarizə aparacaq.

Poroshenko qeyd edib ki, gömrük punktlarının xüsusi skaynerlə təchizatı ideyası ilə razılaşıb və o, gömrük rüsumlarından əldə edilən gəlirlərinin regionun infrastruktur layihələrinə xərclənməsi təklifini dəstəkləyib.

Mayın 6-da Gennady Moskal gömrük postuna gətirilən yeni rəhbərliklə razılaşmayıb istefa ərizəsini baş nazirə təqdim etmişdi. Moskal yeni rəhbərliyi “siqaret mafiyasının” tərkib hissəsi sayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG