Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:59

Trump müsəlmanlarla bağı sərt danışan generala vəzifə təklif edib


Donald Trump və general Michael Flynn, 6 Sent., 2016
Donald Trump və general Michael Flynn, 6 Sent., 2016

ABŞ-ın yeni seçilmiş prezidenti Donald J. Trump milli təhlükəsizlik müşaviri postunu general-leytenant Michael T. Flynnə təklif edib.

İSLAMOFOBİYA

57 yaşlı, istefada olan kəşfiyyat zabiti, general Michael Flynn Demokratlar partiyasının üzvüdür. O, Trump-ın seçki kampaniyası zamanı onun milli təhlükəsizlik müşaviri olub. Trump-ın təklifini qəbul edərsə, hərbi və xarici siyasət məsələlərində təcrübəsiz prezidentin əsas kadrlarından birinə çevriləcək.

Buna da bax:​ Amerikalıların Trump-dan sağlıq gözləntiləri

Trump və general Flynn özlərini siyasətdə kənar şəxs kimi görürlər. Hər ikisi öz uğurları barədə “Twitter”də yazırlar. Hər ikisi islamofobiya ilə assosiasiya olunurlar.

"The New York Times" qəzeti yazır ki, onların faktlarla arası bir o qədər də yaxşı deyil: "Məsələn, general Flynn deyib ki, islam qanunu olan şəriət ABŞ-da yayılmaqdadır". Qəzetin yazdığına görə, Flynn-in faktlara əsaslanmayan dəyərləndirmələri o qədər adi hal alıb ki, Müdafiə Kəşfiyyatı Agentliyinə rəhbərlik edərkən tabeliyindəki əməkdaşlar onları "Flynn faktları" adlandırırmış.

Müşavir kimi general Flynn Trump-a çox güclü təsir edə bilib. O, yeni seçilmiş prezidenti inandırıb ki, ABŞ islam yaraqlıları ilə "dünya müharibəsi" aparır və Putin də daxil olmaqla istənilən müttəfiqlə əməkdaşlıq etməlidir.

Buna da bax: D.Trump təhlükəsizlik müşavirinin adını açıqladı

KONSALTİNQ ŞİRKƏTİ YARADIB

Prezident Barack Obama general Flynn-i Müdafiə Kəşfiyyatı Agentliyinin rəhbəri vəzifəsindən uzaqlaşdırandan sonra o, "Flynn Intel Group" konsaltinq şirkətini yaradıb. Bu şirkətin Yaxın Şərq ölkələri ilə qaranlıq biznes əlaqələri var. Bu şirkət həm də Türkiyə hökumətinin xeyrinə lobbiçilik edib. Bundan başqa, general Flynn ötən il Kremlin yaratdığı televiziya şəbəkəsi olan "Russia Today"lə ödənişli əsaslarla əməkdaşlığa başlayıb. O, "Russia Today"in Moskvada təmtəraqlı ildönümü mərasiminə qatılıb və burada Putin-lə yanaşı oturub.

Bu potensial maraq toqquşmalarına görə Trump-ın keçid komandası onun milli təhlükəsizlik müşaviri postundan başqa hər hansı vəzifəyə təsdiqlənəcəyinə şübhə ilə yanaşırdı. Məsələ burasındadır ki, milli təhlükəsizlik müşavirindən başqa bütün digər vəzifələrə yeni təyinatları konqres təsdiqləməlidir. Ancaq Trump-ın gözündə Flynn-in çox böyük üstünlüyü var: Vaşinqtonun bütün milli təhlükəsizlik isteblişmenti Trump-ın prezidentliyə layiq olmadığını deyəndə Flynn hamıdan öncə onun yanında idi.

Buna da bax:​ “Mən müsəlmanam, qadınam... Trumpa səs verdim”

General Flynn seçkidən öncəki çıxışlarında da, avqustda işıq üzü görmüş kitabında da "radikal islam terrorizmi" təhlükəsini dönə-dönə qabardıb.

PUTİN-LƏ ƏMƏKDAŞLIQ

"The New York Times" yazır ki, qalan hər şey general Flynn-dən ötrü ikinci dərəcəlidir. Bu təhlükənin hər hansı başqa təsvirini isə o, “siyasi korrektliyin ən pis forması" adlandırır. General seçkidən iki gün öncə verdiyi müsahibədə belə deyib.

O söyləyib ki, islamçı silahlı qruplaşmalar qlobal səviyyəli real təhlükədir. Onun fikrincə, islam dininin özü problem mənbəyidir. Bir dəfə o, din yox, siyasi ideologiya kimi gördüyü islamı xərçəng xəstəliyi ilə müqayisə edib.

Bu iki şəxsin aylarla sürən ünsiyyətindən sonra "artıq cənab Trump-ın fikirlərinin harada bitdiyini, general Flynn-in fikirlərinin harada başlandığını anlamaq çətindir", – "The New York Times" yazır.

Buna da bax:​ D.Trump 2-3 milyon miqrantı qovacağını deyir

Onların hər ikisi ABŞ-ın islamçı yaraqlıların öhdəsindən gəlməkdən ötrü Putin-lə əməkdaşlıq etməli olduğunu düşünür. İnanırlar ki, ABŞ Putin-in öz ölkəsində tənqidi fikirləri boğmasına, Ukraynayla bağlı etdiklərinə, Rusiya ordusunun Suriya şəhərlərini bombalamasına görə narahatlığa son qoymalıdır. Eyni fikirləri Misirin çevrilişlə hakimiyyətə gəlmiş prezidenti Abdel Fattah el-Sisi barədə də demək olar. El-Sisi seçkidən sonra Trump-la danışmış ilk xarici liderdir.

MÜHACİRLƏR VƏ YARAQLILAR MƏSƏLƏSİ

General Flynn-lə Donald Trump-ın fikirləri başqa bir məsələdə də üst-üstə düşür. Onların hər ikisi düşünür ki, əhalisi, əsasən, müsəlmanlar olan ölkələrdən gələn mühacirlərin sayı məhdudlaşdırılmalı və bəlkə də Amerikada yaşayan müsəlmanlar hökumətin qeydiyyatından keçməlidir.

Buna da bax:​ Trump-ın bir vədi üzərində iş gedir

General Flynn də Trump kimi isteblişmenti pisləyir. Onun fikrincə, son iki prezidentin dövründə Amerikanın müdafiə və xarici siyasətini formalaşdıran respublikaçı və demokrat liderlər "bizi mənasız səbəblərdən bir zibildən o biri zibilə salıblar".

General Flynn təkidlə bildirir ki, onun kəşfiyyat agentliyinin rəhbəri vəzifəsindən uzaqlaşdırılmasının səbəbi Obama administrasiyasının islamçı yaraqlıların geri çəkilməsi barədə fikirləri ilə razılaşmamasıdır. "The New York Times" qəzeti bu məsələdə generala haqq qazandırır.

Buna da bax:

Bakıdakı "Trump Tower"i nə gözləyir?
Gözlə

No media source currently available

0:00 0:02:58 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG