Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:26

Azərbaycanda zəlzələ


Seysmoloji Xidmət İdarəsinin saytından görüntü
Seysmoloji Xidmət İdarəsinin saytından görüntü

Respublika Seysmoloji Xidmət Mərkəzinin xəbərinə görə, bu gün - avqustun 1-i saat 08:46-da İmişli rayonu ərazisində, Beyləqandan 34 km şimal-şərqdə zəlzələ baş verib.

Seysmoloqlar 28 km dərinlikdəki zəlzələnin 5.6 bal gücündə olduğunu, ətraf rayonlarda 5 bala qədər hiss edildiyini bildirirlər.

AzadlıqRadiosunun müxbiri xəbər verir ki, zəlzələ Gəncədə də hiss edilib. Evlərin divarları silkələnib, masanın üzərindəki qablar yerə düşüb.

Rəsmilər güclü dağıntı və tələfat olmadığını bildirirlər.

Hadisə ilə bağlı sizdə video, foto varsa, bizə göndərə bilərsiz:
WhatsApp nömrəmiz: (+420) 778 711 700

Azərbaycan seysmoloji aktiv zonada yerləşdiyindən burada zəif zəlzələlər davamlı şəkildə baş verir. Son illər baş vermiş zəlzələlərin tarixi və hazırkı aktiv zəlzələ zonaları haqqında Milli Elmlər Akademiyasının Seysmoloji Xidmət Mərkəzinin saytında ətraflı oxumaq olar.

Azərbaycanda sonuncu güclü zəlzələ 2000-ci il noyabrın 25-də Bakıda (6.8 bal) və 2012-ci mayın 7-də Zaqatala rayonunda (5.6 bal) baş verib. Bakıda baş verən zəlzələdə bir neçə nəfər həlak olmuşdu, güclü dağıntı olmasa da bəzi binalarda çatlar baş vermişdi. Zaqatalada və ətraf rayonlarda isə xeyli zayda ev dağılmış, 30-dan çox adam yaralanmışdı.

856-cı ildən bu yana tarixin ən çox insan tələfatına səbəb olan 28 böyük zəlzələsi arasında Şamaxı zəlzələsi də var. ABŞ mənbələri 1667-ci ildə baş vermiş bu zəlzələdə 80 000-ə qədər adamın həlak olduğunu bildirirlər.

ABŞ-ın Geologiya İdarəsinin məlumatına görə, 856-cı ildən bəri dünyada ən çox insan tələfatına səbəb olan zəlzələ Çində baş verib. 1556-cı ildə Çinin Şansi şəhərində baş vermiş bu zəlzələdə 83 0000 nəfər həlak olub.

«Reuters» agentliyi də bunu nəzərə alıb ABŞ-ın Geologiya İdarəsi ilə birlikdə dünyanın ən çox can alan 28 böyük zəlzələsinin siyahısını hazırlayıb. Həmin siyahını təqdim edirik:

Ətraflı məlumat üçün xəritədə işarələri vurun:

XS
SM
MD
LG