Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:37

Gəncədə Qarabağ əlillərinin narazılığı [video]


Gəncədə Qarabağ əlillərinin narazılığı
Gözlə

No media source currently available

0:00 0:00:58 0:00

Gəncədə Qarabağ əlillərinin narazılığı

«Bizim 4 gün öncə aksiyamızın məqsədi aidiyyəti qurumların diqqətini yolun tənzimlənməsinə cəlb etmək idi».

Bunu AzadlıqRadiosuna Gəncə sakini, II qrup Qarabağ müharibəsi əlili Mahmud Abbasov bildirib. O, bu həftənin əvvəli aksiya keçirmələrinin səbəblərindən danışıb.

M.Abbasovun deməsinə görə, Gəncədəki 28 May küçəsində biri 9, digər ikisi 4 mərtəbə olmaqla Qarabağ müharibəsi əlillərinə aid 3 bina yerləşir.

Qarabağ əlili deyir ki, həmin yer magistral küçə sayılır və orada avtomobillər yüksək sürətlə hərəkət edirlər: «Həmin küçədə piyadalar tez-tez vurulur. Bu yaxınlarda bir gəlini avtomobil vurdu. Sonra yenə bu yaxınlarda bizim əlillərdən birinin anasını maşın vurdu. Biz də etiraz olaraq toplaşdıq ki, bu yolda piyada hərəkətinə bir düzən versinlər. Ya işıqfor qoysunlar, ya yeraltı keçid inşa etsinlər ki, camaat buradan rahat keçə bilsin. Amma indiyə kimi hər hansı tədbir görülməyib, məsələ necə var, elə də durur».

M.Abbasov deyir ki, hadisə yerinə polislər də gəliblər, yolun bağlanması onlarda narahatlıq yaradıb: «Düzdür, hər hansı insident baş vermədi. Çünki əlillərin evlərinin önü idi, amma məsələni həll etmədilər. Yəni, bizim istəyimiz qarşıdurma və ya toqquşma deyildi. Kiçik bir məsələnin həll olunmasını istəyirdik. Hələ ki, özümüz deyib, özümüz də eşidirik».
Qarabağ əlillərinin şikayətinə, hələlik, Gəncə şəhər İcra hakimiyyətindən münasibət öyrənmək mümkün olmayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG