Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:51

Bu da Gəncənin 'Antoşka'sı- [Video, Foto]


►Gəncədə adı “Antoşka”, amma ssenarisini azərbaycanlılar yazan teatr-studiya var

“Mən Karlsonu sevmirəm!” - 8 yaşlı Sərdar yanında oturan anasına belə deyir, amma anasının diqqəti səhnədədir.

Gəncə parklarının birində - açıq səma altındakı səhnədə Karlson atılıb-düşür.

Onun dayə ilə dialoqu bitəndən az sonra səhnəyə Mikki Maus çıxır. Sərdar bir anda canlanaraq yerindən hoppanır: “Bu, mənim sevdiyimdir, mənim sevdiyim!”. O, əl çalır, qurcalanır, çevrəsinə boylanır və... diqqətini səhnəyə yönəldib, öz-özünə deyimircəsinə söyləyir:

“Antoşka” teatral uşaq studiyasında məşq
Gözlə

No media source currently available

0:00 0:00:34 0:00

“Mikki Mausu xoşlayıram. Balıq tutmağa gedir tez-tez, o üzdən...”

9 yaşlı Lalə isə Madaqaskar qəhrəmanlarını bəyənir: “Maraqlıdı.. Cizgi filmində gördüyüm qəhrəmanlardı. İzacə verdilər, əllə də toxunduq”.

“Antoşka” teatral uşaq studiyası hər axşam istirahət parkında pulsuz konsert verir. Teatrın qazancı özünü tanıtmaq, təbliğ etmək, tamaşaçıların qazancı pulsuz teatra baxmaqdı. Amma bu, heç də ənənəvi teatr deyil, qəhrəmanlar cizg filmlərindən gəlsələr də, tamaşalarının ssneraçisi “azərbaycanlılardır”.

Buna da bax: 'Ay uşaqlar, pulsuz tamaşa var eyy...'- [Video]

“Darısqal studiyada həm də məşq edirik”

Teatrın bədii rəhbəri və rejissoru Mehbarə Haqverdiyeva deyir ki, uşaqların dünyagörüşünə, tərbiyəsinə təsir göstərən kiçik səhnələr yazır və məşq edib, səsyazma studiyalarında səsləndirirlər.

Mehparə Haqverdiyeva: Böyük kuklanı geyinib oynamaq çətindir
Gözlə

No media source currently available

0:00 0:01:14 0:00
Direct-ə keçid

“Antoşka”nın studiyasında iki sican oynasa, biri qazana düşər. “Burda necə məşq edirsiniz” deyə soruşanda, rejissor zarafata salır: “Təki, ürəyimiz geniş olsun”. Amma dərhal da deyir ki, səhnə onların əsas çətinliyidir.

Teatral studiya iki il əvvəl yaranıb. Mehparə Haqverdiyevanın özü Gəncə Kukla Teatrının aktrisası, həm də rejissorudur. Bəs bu studiya ilə Kukla Teatrı arasındakı fərq nədir?

*Gəncədə professional uşaq teatrı var, ancaq oğluma görə bu teatrı açdım. Nağıl qəhrəmanlarını görməyə Bakıya getməli olurduq. Fikirləşdim ki, belə bir studiya yaradım, Gəncədəki uşaqlar da kuklaları görüb əylənsinlər. Kukla teatrı tamaşalarında aktyorlar əllə kuklaları oynadır. Amma bizdə aktyor kuklaya çevrilir, onun paltarını geyir.

Buna da bax: E. Bədəlov: İndi də AzDramanı ölüxanaya çevirirlər

“40 manata 4 adam gedir”

İndiki uşaqların sevə-sevə baxdığı cizgi filmi qəhrəmanlarının, az qala, hamısını bu studiyada görmək olar. Düzdür, yalnız parçalanmış halda - “başlar” səliqəylə bükülüb dolabın üstünə, “bədənlər” dolabın içinə yığılıb. Mehparə Haqverdiyeva deyir ki, kuklaları, əsasən, Ukrayna və Belarusdan alır:

“Bizdə azdır belə kuklalar, həm də əldə hazırlanır, baha olur. Ukraynada isə fabrikdə hazırlandığından ucuzdu...”.

Kuklaların qiyməti ölçüsünə, tikilişinə görə 250-500 manat arasında dəyişir:

“İndi burda 40-a yaxın kukla var. Saxlanması da çox çətindir. Əlimizlə yuyuruq ki, bir yeri xarab olmasın”.

Doğum günləri, kisik toy məclisləri teatrın qazanc yerləridir: “İki aktyor, musiqiçilər və sürücü gedir, adətən. Qiymət - 40 manatdır. Və bu 40 manata 4 adam baxır”, - rejissor bunu deyir və dərhal əlavə edir ki, ayboyu 10-15 sifariş olur.

“Dünyaya çıxmaq istəyirik”

Ancaq “Antoşka” öz işinə təkcə biznes kimi baxmır: “Uzun illərdir səhnədəyəm. Dram aktyoruluğunu da seçə bilərdim, amma burda qaldım... İndi də məhz belə kuklalarla işləyib, sənətimi bu tərəfdən inkişaf etdirmək istəyirəm. Belə kukla festivallarına qatılmaq, dünyaya çıxmaq istəyirik”. Bu sözləri deyərkən, Mehparə Haqverdiyevanın gözləri parlayır: “Maddi imkan yarada bilsələr, gələn il Türkiyənin Manisa şəhərində keçiriləcək Kukla Festivalına da qatılmaq niyyətindəyik.

Yol polisliyini yox, kuklanı seçib

Bəs teatrın aktyorları kimlərdir? Ləman, Əli, Hikmət, Seymur... 10-cu sinifdə oxuyan Ləman aktrisa karyerasına “Antoşka”dan başlayıb. Hikmət yol polisliyini

oxusa da, kukla kostyumunu geyinib oynamaqdan daha çox xoşlanırb. Seymurla Əli iş axtara-axtara gəlib bura çıxıb və bağlanıb qalıblar.

“Kukla sizi dolandırırmı” sualına gənclər razılıqla başlarını yellədir və deyirlər ki, bu sənətdə zirvə haradırsa, ora çatmaq istəyirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG